
|
Səhabələr : Əbu Hureyrə haqqında...Sayta qoyulub: 00:22 16.06.2010 (Oxunub: 548 )
![]() ![]() Hz.Peyğəmbərin səhabələri arasında ən çox hədis rəvayət edən Əbu Hureyrə kimi dəyərli bir səhabə başlanğıcdan günümüzə qədər müxtəlif şəxslər və qruplar tərəfindən, həm dini-siyasi, həm elmi yöndən müxtəlif tənqidlərə, iddia və ittihamlara hədəf olub. Ona yönəldilən bu iddia və tənqidlər araşdırılanda, bunların onun şəxsiyyətinə və hədisçiliyinə qarşı tənqidlər olmaqla yanaşı, iki yöndə olduğu aydın olur. Əbu Hureyrənin şəxsiyyətinə qarşı iddiaların tarixdə bəzi məzhəb tərəfdarları, günümüzdə də qərbli şərqşünaslar tərəfindən ortaya atılması çox diqqət çəkən məsələdir. Bu qrupların iddiaları arasında Əbu Hureyrənin Səhabələr : SƏHABƏLƏR KİMDİR?Sayta qoyulub: 12:22 14.06.2010 (Oxunub: 256 )
I YAZI ![]() ![]() Peyğəmbəri görən, ona iman gətirən, itaət edən və müsəlman olaraq vəfat edənlərə «səhabə» deyilir. Dindən çıxanlara bu ad verilmir. Müsəlmanlar səhabələr hörmət edilməsi ilə bağlı ittifaq ediblər. Onların öz aralarında baş verən narazılıqlar isə onların səmimi ictihadları ilə bağlı məsələlərdir. Həmin narazılıqlar isə onların dövründə olmuş və həll edilmişdir. Bu məsələləri əsas alaraq ornlara əsrlər boyu kin bəsləmək cahillikdir. Allah Qurani-Kərimdə onlardan müsbət mənada bəhs etmiş və onları cənnətlə müjdələmişdir. Səhabələrin adil oduğunu bütün İslam alimləri qəbul edirlər. Bu məsələdə onlar həmfikirdirlər. Aralarında heç bir ixtilaf yoxdur. Həddini aşan bəzi firqələr səhabələr səhv iş gördüklərinə görə Səhabələr : Cənnət gənclərinin əfəndisiSayta qoyulub: 00:58 26.12.2009 (Oxunub: 745 )
İmam HÜSEYN (ə) ![]() ![]() Hazırda hicri təqvimlə Məhərrəm ayındayıq. Məhərrəmdə meydana gələn ən mühüm hadisələrdən biri də heç şübhəsiz, peyğəmbərimizin nəvəsinin Kərbəlada şəhid edilməsidir. Bu məqsədlə cənnət gənclərinin əfəndisi olan Hz. Hüseynin həyatına tarixi nəzər salmağa çalışacağıq. O, 626-cı ilin yanvar ayının 10-da (Hicri 4-cü il, Şaban ayının 5-i) Mədinədə anadan olub. Allah Rəsulu (s.ə.v.) böyük nəvəsi Həsənə etdiyi kimi o günə qədər ərəblər tərəfindən bilinməyən adını qulağına azan oxuyaraq qoydu və yeddinci günündə qurban kəsdi. Rəsulullah qızı Fatiməyə kasıblara uşağın saçının ağırlığı miqdarında gümüş paylamasını söylədi. Hz. Hüseynin qardaşı Həsənlə birlikdə Əbu Əbdürrəhman əs-Suləmidən qiraət dərsi öyrəndi, o, babasından, Hz. Ömərdən və digər səhabələrdən səkkiz hədis rəvayət edib. Səhabələr : Balaca Əlinin böyük qərarıSayta qoyulub: 23:29 08.04.2008 (Oxunub: 717 )
Muhəmmədul-Əminin evində yaşanan təlaş və tez-tez Varaqa ibn Nəvfəlin yanına gediş-gəlişlər, Hiradan qayıdandan sonrakı hadisə və Hz.Xədicənin çırpıntıları yeni şeylərin olduğunu göstərirdi. Bu dəyişikliklər balaca Əlinin də diqqətindən yayınmamışdı. Heyrətlə onların namaz qılmasına tamaşa edirdi. Həmin vaxtlar Əlinin on yaşı var idi. Əvvəlcə: - Nə edirsiniz, sizin bu etdiyiniz nədir?- deyə soruşdu. Allah Rəsulu belə cavab verdi: - Aləmlərin Rəbbi olan üçün namaz qılıram. Hz.Əli bunu ilk dəfə eşidirdi və bütün diqqətini cəmləyərək yenə soruşdu: - Aləmlərin Rəbbi kimdir? Allah Rəsulu (sallallahu aləyhi və səlləm) şəfqətli bir ata kimi onu dizinin üstündə otuzdurdu və Səhabələr : Hz. Həmzənin müsəlman olması...Sayta qoyulub: 12:01 27.06.2007 (Oxunub: 454 )
![]() ![]() Hz.Həmzə qardaşı oğlu Muhəmmədul Əmindən iki yaş böyük idi və həmçinin Onun süd qardaşı idi. Anası Halə Rəsulullahın (s) anası Əminənin bibisi qızı idi. Həmzə xeyli vaxt idi ki, baş verən hadisələri kənardan müşahidə edir, qardaşı oğlu haqqında deyilənlərə qulaq asıb beynində götür-qoy edirdi, amma heç cürə qəti qərar verib yanına gələ bilmirdi. Peyğəmbərliyin başlamasından hələ iki il ötmüşdü (Bəzi rəvayətlərdə Hz. Həmzənin peyğəmbərliyin gəlişindən altı il sonra müsəlman olduğu da bildirilir. Bax.: İbn Səd, «Tabaqat», 3/9). Yenə həcc mövsümü, zilhiccə ayı idi. Bir gün Əbu Cəhil Səfa təpəsində olan Allah Rəsulunun (s) yanına gəldi və ağza alınmayan sözlərlə Ona sataşdı. Əbu Cəhil həmişəki kimi Şanı Uca olan Allahın Sevimlisinin könlünü qırıb ruhunu incidəcək çox mənfi hərəkətlər etmişdi. Bütün bunlara baxmayaraq, Allah Rəsulu susur və cavab verməyi də məsləhət bilmirdi. Cavab verilmədiyini görən Əbu Cəhil oradan ayrıldı və Kəbəyə, onun kimi düşünən qureyşlilərin olduğu yerə gəldi. Abdullah ibn Cudanın xidmətçisi də bütün bu olanlara şahid olmuşdu. Səhabələr : Hz.Əlinin suallarına oğlunun cavablarıSayta qoyulub: 09:08 15.05.2007 (Oxunub: 674 )
![]() ![]() Rəsulullahın (s.ə.v) çox sevdiyi və bəzən çiynində gəzdirdiyi Hz. Həsən (r.a.), Qurani-Kərim və sünnənin qaynağı olan bir evdə böyümüş və tərbiyə almışdı. İstər anası Hz. Fatimənin, istərsə də Hz. Əlinin böyük diqqət və nəzarətlə tərbiyə etdikləri və Hz. Peyğəmbərimizin (s) maraqlandığı bu peyğəmbər nəvəsi, eyni zamanda çox bilikli idi. Bir gün Hz. Əli (r.a.), övladının düşüncə və anlayışını yoxlamaq üçün onu yanına çağırdı. Onların arasında baş verən sual-cavabları Əbu Nuaymın "əl-Hılyə" adlı əsərindən tərcümə edərək sizə təqdim edirik: Səhabələr : Həzrəti Hüseynin quluSayta qoyulub: 18:57 09.05.2007 (Oxunub: 560 )
![]() ![]() Bir gün Hz.Əlinin kiçik oğlu Hz.Hüseyn ona baş çəkən bəzi şəxslərlə yemək yeyirdi. Qulu qəsdən yeməyi Hz.Hüseynin üzərinə dağıtdı. Hz.Hüseyn də əsəbləşdi və qula baxdı. Bu vaxt qul: “Əsil təqva sahibləri əsəblərinə hakim olanlardır” ayəsini oxudu və Hz.Hüseyn də sakit olub “Əsəbim keçdi”, - dedi. Sonra qul ayənin ardını da oxudu: “Onlar insanların səhvlərini bağışlayanlardır”. Hz.Hüseyn də “Səhvini bağışladım”, - dedi. Qul ayənin axırını da oxudu: “Allah yaxşılıq edənləri sevir”. Hz.Hüseyn: “Yaxşılıq kimi də Səhabələr : Yəmənlilər necə müsəlman oldular?Sayta qoyulub: 12:39 06.03.2007 (Oxunub: 368 )
![]() ![]() Abdullah ibn Huzeyfə atını hazırlamışdı. Ailəsi ilə vidalaşıb üzərinə düşən böyük vəzifəni yerinə yetirmək üçün Allahdan başqa kimsənin olmadığı çöllərə doğru üz tutdu. Kisranın sarayına daxil oldu. Elçi olduğunu söylədikdən sonra Kisra ilə görüşməyinə icazə verildi. Sonra onu öz taxtında oturmuş, ətrafında əyanları olan fars hökmdarı Kisranın hüzuruna çıxardılar. Abdullah sadə geyimi ilə ətrafında olan və təkəbbürlə dolu nəzərlərlə onu süzən insanlardan seçilsə də öz qürurunu sındırmadı. Kisra yanında olana işarə edərək elçinin gətirdiyi məktubu alıb oxumasını əmr etsə də, Abdullah buna etiraz etdi və Allah Rəsulunun (s) əmrinə uyğun olaraq məktubu şəxsən Kisranın özünə təqdim edəcəyini söylədi. Kisra yanındakılara: - Ona toxunmayın, qoyun mənə yaxınlaşsın, - dedi. Səhabələr : “İzn ver zina edim”Sayta qoyulub: 10:30 09.02.2007 (Oxunub: 714 )
Bir gənc Rəsulullahın (s) yanına gəlir və ona belə deyir: “Ey Allahın Rəsulu! İzn ver zina (zina qeyri-qanuni cinsi yaxınlıqdır - red.) edim!” Səhabələr isə: “Sus, sən nə danışırsan!”, - deyə məzəmmət edirlər. Rəsulullah (s.ə.v.) isə ona sevgi ilə yaxınlaşaraq “Yanıma yaxınlaş!”, - deyə onu çağırır. Gənc də Rəsulullahın (s.ə.v.) yanında oturur. Peyğəmbərimiz onunla danışmağa başlayır: “Belə deyək. Bir adamın sənin ananla zina etməyinə razı olarsan?” Gənc: “Xeyr, razı ola bilmərəm”, - deyir. Rəsulullah (s.ə.v.): “Heç bir insan buna razı olmaz. Bəs hər hansı bir adamın sənin qızınla zina etməyinə razı olarsan?” Gənc: “Xeyr, ey Rəsulullah heç vaxt razı olmaram!”, - deyir. Rəsulullah (s.ə.v.): Səhabələr : Sözü və yazısı ilə cihad edən səhabəSayta qoyulub: 15:48 28.12.2006 (Oxunub: 482 )
PEYĞƏMBƏR ŞAİRİHassan b.Sabit (r.a.) Rəsulullahın (s) şairi kimi tanınan bir səhabədir. O, şeirlərilə İslamı müdafiə edən, Rəsulullahı və onun səhabələrini müşriklərin həcvlərindən qoruyan bir igid, ilk dəfə söz və yazıları ilə cihad etmək şərəfinə nail olan mücahid qəhrəman olub. O, Yəsrib şəhərində (indiki Mədinə) Peyğəmbərimizdən 7-8 il əvvəl dünyaya gəlib. Hassan b. Sabit (r.a.) Xazrəc qəbiləsinin Nəccar oğullarına mənsubdur. Anası Fəria binti Xaliddir. Künyəsi Əbul Vəlid, ləqəbi isə “şairi-Rəsulullah”, yəni Rəsulullahın şairidir. Əbul Hassan “kəskin qılınc” və “yaxşı döyüşçü” adları ilə də tanınıb. |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||