"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et" - "Nəhl" surəsi, 125
ƏSAS MENYU

AXTARIŞ

Google-da axtarış

MARAQLI ŞƏKİL

YENİ FAYLLAR

POPULYAR FAYLLAR

pixel
pixel
pixel
pixel
pixel

Zəkat : Zəkatı kimə vermək lazımdır?

Sayta qoyulub: 13:54 15.06.2010 (Oxunub: 259 )
Zəkat verilməsinə ehtiyac olmayan maddi dəyərlər nələrdir?

Aşağıda qeyd edilən maddi dəyərlərdən zəkat ödənməz:
Nisaba çatmayacaq dəyərdə olan maddi dəyərlər (nəğd pul, hissə sənədi və sairə sərvət),
Atlar, qatırlar və sairə nəqliyat və daşıma vasitələri.
İş və gəlir məqsədi ilə istifadə olunmayan əmlak.
Gəlir gətirməyən təbiətdə olan mallar (istifadə olunan avtomobil və sairə).
pixel
pixel

Zəkat : Zəkat veriləcək miqdar il ərzində dəyişərsə...

Sayta qoyulub: 13:39 15.06.2010 (Oxunub: 202 )
Zəkatın ümumi prinsiplərindəndən biri nisab miqdarının üzərində olan sərvətin üzərindən bir il keçməsidir. Bu halda il ərzində nisabın altına düşməmək şərtilə sərvətdə olan dalğalı azalış və artışlar nəzərə alınmadan il sonundakı sərvət zəkat vermək üçün əsas qəbul edilir. Bu məsələnı 1, 2 və 3-cü şəkillərdə qrafiklə daha ətraflı izah edək:
pixel
pixel

Zəkat : Hansı maddi əşyalardan zəkat verilməlidir?

Sayta qoyulub: 13:34 15.06.2010 (Oxunub: 204 )
Hansı maddi əşyalardan zəkat verilməlidir?

Qızıl və gümüş: Bir hədisdə belə qeyd olunur. Əsma bint Yazid rəvayət edir: “Mən və mənim xalam əlimizdə qızıl bilərzik olduğu halda, Peyğəmbərin (sav) yayına getdik. O (sav) bizdən soruşdu: «Siz bunların zəkatını vermisinizmi?» Onlar isə bu bilərziklərin zəkatını verməmişdilər. Peyğəmbər (sav) belə buyurdu: «Siz qorxmursunuzmu ki, Allah sizə atəşdən bilərzik geydirər? Bunların zəkatını verin» (Əhməd bin Hənbəl, 6: 461). Bundan başqa, möminlərin anası Həzrəti Aişədən belə bir hədis rəvayət olunmuşdur: “Allah Rəsulu (sav) mənim yanıma gələndə barmağıma gümüş üzük taxarkən gördü və soruşdu: «Bu nədir ey Aişə?» «Mən bunu özümü sənin üçün bəzəmək üçün etdim, Ey Allahın Elçisi», - deyə cavab verdim. O (sav) belə dedi: «Sən bunların zəkatını vermisənmi?» Mən dedim: «Yox, vəya inşaAllah». Sonra O (sav) belə buyurdu: «Bunlara görə veriləcək əzab sənə yetər» (Əbu Davud, «Sunən» Darakutni; «Sunan» və Beyhəqi, «Sunan» (4:140). Qızıl və gümüş nisab miqdarından artıq olarsa, zəkata tabedir. Alimlərin rəyinə görə nisab qızıl üçün 87.49 qram, gümüş üçün isə 613.35 qramdır. Yəni qızıl və ya gümüş bu çəkidən artıq olarsa, o zaman bu artıq miqdar üçün zəkat ödənilməlidir.
pixel
pixel

Zəkat : Zəkatı ödəmək nə vaxt fərz olur?

Sayta qoyulub: 13:30 15.06.2010 (Oxunub: 214 )
Zəkatı ödəmək nə vaxt fərz olur?

Nisab adlandırılan müəyyən miqdar maddi dəyərlərə malik olma günündən ay təqvimi ilə bir ilin keçməsi lazımdır. Bu bir illik müddət ərzində malik olunan maddi dəyərlərin miqdarı nisab miqdarından aşağı düşməməlidir. Nisab miqdarından aşağı düşmə halında bir illik hesablama müddəti yenidən bu nisab miqdarından artıq maddi dəyərlərə malik olma vaxtından başlayacaqdır. Zəkatın borc olduqdan sonrakı mümkün olan ən qısa vaxt içərisində ödənməsi lazımdır. Çünki borcun ödənməsindən öncə ölüm gəlib hər birimizi haqlaya bilər. Əgər bir şəxs zəkat vermədən ölərsə, zəkat onun malından varisləri tərəfindən verilməlidir.
pixel
pixel

Zəkat : Zəkatı kimlər verməlidir?

Sayta qoyulub: 13:28 15.06.2010 (Oxunub: 220 )
Zəkatı kimlər verməlidir?

Bir müsəlmanın zəkat verməsinin fərz (mütləq vacib) olması üçün aşağıdakı şərtlər olmalıdır:

1. Zəkat verən insan müsəlman, yetkinlik yaşında və əqli cəhətdən normal olmalıdır.
2. Zəkat verən şəxs “nisab” deyilən müəyyən məbləğdən artıq maddi (şəxsi istifadəsində olan paltar, qida, ev, mebel, qab-qacaq, avtomobil və sairdən başqa) dəyərə tamamilə malik olmalıdır.
3. Zəkatı veriləcək maddi dəyərlərə 1 ay təqvim ili müddətində malik olmalıdır.
4. Zəkatı veriləcək maddi dəyərlər gəlir gətirəcək xüsusiyyətdə (iş görüləcək əmtəə, qızıl, gümüş, nəğd pul, mal qara və sairə) olmalıdır.
5. Müəyyən dəyərdən (nisab miqdarından) artıq olan bu malı kiməsə borclu olmamalı, zəkat verəcək mal da borc olmamalıdır.
pixel
pixel

Zəkat : Mən nə üçün zəkat verməliyəm?

Sayta qoyulub: 13:23 15.06.2010 (Oxunub: 185 )
Allah bəşəriyyətə göndərdiyi Kitabında belə bildirir: “Onların mallarından sədəqə (zəkat) götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah eşidəndir, biləndir” (“Tövbə” surəsi, 103).

Peyğəmbərimiz (sav) zəkat barəsində belə buyurmuşdur: «İslam bu beş prinsip üzərində bina edilmişdir:
• Allahdan başqa ibadətə layiq tanrı olmadığına, Muhəmmədin (sav) onun elçisi və qulu olduğuna şəhadət gətirmək;
• Fərz olan namazları qılmaq;
• Zəkat vermək;
• Həcc ibadətini yerinə yetirmək;
• Ramazan ayını oruc tutmaq. («Səhih əl-Buxari», cild.1, Kitab 2, N.7).
pixel
pixel

Zəkat : ZƏKAT HAQQINDA ÜMUMİ MƏLUMAT

Sayta qoyulub: 13:17 15.06.2010 (Oxunub: 235 )
Zəkat nədir?

Zəkat Uca Allahın hər bir yetkin imkanlı müsəlman üzərinə mütləq sürətdə əmr buyurduğu fərz əməldir.

Zəkatın aşağıdakı xüsusiyyətləri var:

1. İslamın 5 şərtindən biridir;
2. Müsəlmanlar üçün verilməsi mütləq olan sədəqə və xeyriyyəçilik növüdür;
3. Bir vergi deyil, ibadət formasıdır;
4. Din tərəfindən müəyyən edilən, çoxalma ehtimalı olan müəyyən maddi imkanlardan götürülür;
5. Müəyyən miqdardan artıq əmlaka malik olan müsəlmanın həmin məbləğdən artıq əmlakın dəyərinin 2,5 faizinin kasıb və ehtiyacı olanlara verilməsidir;
6. Ay təqviminə uyğun olan vaxt ərzində zəkata tabe olan maddi vəsaitlərin bazardakı cari qiymətlərə uyğun olaraq müəyyən öhdəliklərin çıxılması ilə hesablanmasıdır.

Qeyd edək ki, zəkat haqqında burada yazılan məlumatlar və hesablama üsulu hənəfi fiqh məktəbinə uyğun olaraq tərtib edilib.
pixel
NAMAZ VAXTLARI
08 sentyabr 2010
Sübh 05:35
Günəş 07:09
Zöhr 13:45
Əsr 17:19
Məğrib 20:09
İşa 21:33
Aylıq
«« Dünən Sabah »»

SORĞU
Mövzu ilə bağlı fikirlərinizi Forum-da əsaslandıra bilərsiniz.

KONVERTOR

XƏBƏR ARXİVİ
<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930

ABUNƏ
Saytımızın xəbərlərinə
ABUNƏ ol!
Sizin e-mail:


BİZİM DÜYMƏ
Əgər bizim saytımız xoşunuza gəlirsə, düyməmizi saytınızda yerləşdirə bilərsiniz.

Bizim düymə:


Düymənin HTML kodu:

QURAN AYƏSİ
"Ölçüdə düz olun, onu əskildənlərdən olmayın! Düz tərəzi ilə çəkin! İnsanların haqqını azaltmayın! Yer üzündə fitnə-fəsad törətməyin! Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!"
("Şuəra" surəsi, 181-184)

HƏDİS
"Ey dilləri ilə iman edən, ancaq qəlbinə iman girməyənlər! Möminlərin qeybətini etməyin, onların məhrəm işlərinin arxasınca düşməyin! Kim onların məhrəm işlərinin arxasınca düşsə, Allah da onun məhrəm işlərinin arxasınca düşər və onu evində belə rüsvay edər".

MƏŞHURLAR
"Biz astronomlar, Allah dininin tərəfdarları Təbiət kitabına baxaraq Tanrıya şükür etməliyik".
İohann Kepler
(1571-1630)



© 2006-2010, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99455 211-50-11