"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et" - "Nəhl" surəsi, 125
ƏSAS MENYU

AXTARIŞ

Google-da axtarış

MARAQLI ŞƏKİL

YENİ FAYLLAR

POPULYAR FAYLLAR

pixel
pixel
pixel
pixel
pixel

Məqalələr : YAPONİYA İSLAMA CAN ATIR

Sayta qoyulub: 12:48 22.08.2010 (Oxunub: 129 )
36 il müqəddəs torpaqlarda qaldıqdan sonra 7 ildən bəri Yaponiyada olan Nemətullah Hoca bu Uzaq Şərq ölkəsindəki təbliğ fəaliyyətləri haqqında müsahibə verdi. Uzun illər Məkkə və Mədinədə vaizlik (moizə edən) və imamlıq etdikdən sonra Yaponiyaya gələn, başda Tokio olmaqla bir çox şəhərdə yaponlara İslam dinini təbliğ edən Nemətullah Hoca min kilometrlərlə uzaqda gördüyü fəaliyyətlər və qarşıladıqları ilə bağlı məlumat verdi. 36 il müqəddəs torpaqlarda qaldıqdan sonra Yaponiyadakı müsəlmanların inadlı dəvətilə Yaponiyaya gələn Nemətullah Hoca təxminən 7 ildir olduğu bu ölkədə minlərlə insanın müsəlman olmasına kömək etdi. Nemətullah Hoca yaponlarla isti münasibət qurmasını isə iki cümləylə əlaqələndirir. Bunlar “Nihoncin İdes” (Yaponlar gözəl insanlardır), “Nihoncin Sikudes” (Yaponları çox sevirəm).
pixel
pixel

Məqalələr : PEYĞƏMBƏRİN TOLERANTLIĞI

Sayta qoyulub: 18:26 25.06.2010 (Oxunub: 898 )
Elşad MİRİ
www.elshadmiri.com
II YAZI


Allah Quran ayələrində elçilərinin vəzifələrinin ancaq təbliğ olduğunu bildirir. İnsanları inanmağa məcbur edə bilməyəcəklərini ifadə edir. Hz.Muhəmməd (s) bu əmrlərə tabe olaraq bütün müsəlmanlara, daha doğrusu bütün bəşərə nümunə olacaq tolerantlıq nümunəsi nümayiş etirib.

Hz.Muhəmməd (s) peyğəmbər təvazökarlıq göstərərək özünü başqa peyğəmbərlərdən belə üstün tutulmasına razılıq verməyib. Bir gün onu «Ey yer üzünün ən xeyirlisi» deyə çağıran adama «Bu dediyin şəxs İbrahimdir» cavabını verib (Əbu Davud, «Sunnə», h.n. 4672, 4/218). Mədinə şəhərində müsəlmanla yəhudi Musa peyğəmbərin, yoxsa Muhəmməd peyğəmbərin üstün olmaları ilə bağlı mübahisə etmişdilər. Nəticəni öyrənmək üçün Hz.Muhəmmədə (s) müraciət etdilər. Hz.Peyğəmbər:
pixel
pixel

Məqalələr : TOLERANTLIQ İSLAMIN PRİSİPLƏRİNDƏNDİR

Sayta qoyulub: 18:28 22.06.2010 (Oxunub: 920 )
Elşad MİRİ
www.elshadmiri.com
I YAZI

Giriş

Qloballaşma iki qütblü dünyamızı bir qütblü kənd halına gətirdi. Bu kənddə yaşayan əhali də fərqli fikirli, müxtəlif mədəniyyətli insanlardır. Belə yerdə yaşayanlar üçün «başqaları» olaraq ifadə edilənlərin özünüifadə formalarına hörmətlə yanaşmaları zərurəti yaranır. Bu ehtiyac tolerantlıqdır. Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amildir. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə ziddiyyət təşkil etməsinə baxmayaraq dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdır. Tolerantlıq sənin kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaqdır. Tolerantlıq din və vicdan azadlığıdır.
pixel
pixel

Məqalələr : "Süni canlı'' yalanı

Sayta qoyulub: 11:09 30.05.2010 (Oxunub: 590 )
Son dövrlərdə, xüsusən təkamülçü nəşrlərdə tez-tez vurğulanan bir xəbər diqqəti cəlb edir. Süni şəkildə yaradılan DNT molekuluna aid bir hissə, başqa bir hüceyrənin nüvəsinə köçürülmüş və həmin hüceyrənin içində DNT-nin fəaliyyəti müşahidə edilmişdir. Bəzi təkamülçü nəşrlərdə “sintetik həyat yaradıldı”, “yaşayan hüceyrə yaradıldı” (Allah qüsurlardan uzaqdır) kimi aldadıcı sərlövhələrlə verilən bu mövzu təkamülçü abstrakt müddəaların oyununa çevrilmişdir. Hətta «Financial Times» kimi bəzi nəşrlər, təkamülçülərin cansızdan canlı yaratmaqla bağlı bitməyən xəyallarını sonda həyata keçirdiklərini də iddia etmişdir. Halbuki həmin araşdırma darvinçilərin əsla izah etmədikləri canlı aləmin necə başlaması sualına heç bir cavab vermir. Əksinə, bu araşdırma
pixel
pixel

Məqalələr : Kosmos imanımı qüvvətləndirdi?

Sayta qoyulub: 20:32 17.02.2010 (Oxunub: 433 )
Astronavt ateist olmaz

Qazaxıstanın Milli Kosmik Agentliyinin rəhbəri Talqat Musabayev, Tohtar Əbu Bəkirovdan sonra kosmosa gedən ikinci türk astronavtdır. O, Baykanur Kosmik Bazasının yerləşdiyi Qazaxıstanda fəaliyyətlərə istiqamət verənlərdən biridir. Musabayev, 28 aprel 2004-cü ildə bəşər tarixində kosmosa göndərilən ilk turistin (Amerikalı milyonçu Denis Tito) olduğu kosmik gəminin kapitanı idi. Kosmosda qarşılaşdığı qeyri-adi təcrübələri Cihan Xəbər Agentliyinə danışan Musabayev, ilk olaraq "Astronavtlar arasında ateist olmaz" ifadəsini işlətdi. 1994-cü ildə başlayan ilk kosmik səfərdən bəhs edən Musabayev, gördüklərindən sonra "Allahu Əkbər" deməkdən başqa heç nə düşünməmişdir. Sovet dövründə doğulub böyüdüyünü bildirən qazax astronavt belə deyir: "Ateist cəmiyyətlərdə yaşayan insanlar
pixel
pixel

Məqalələr : DARVİNİN TÜRK MİLLƏTİNƏ «SEVGİSİ»…

Sayta qoyulub: 20:23 28.12.2009 (Oxunub: 869 )


Ötən həftə ANS-in «Günəbaxan» verilişinin təkamül nəzəriyyəsi ilə bağlı söhbətə dəvət olunmuşdum. Verilişdə aparılan müzakirələri burada təkrarlamaq üçün bu yazını yazmıram.
Bir nəfərin «Siz verilişdə Darvinin türk düşmənçiliyi haqqında fikir bildirdiniz. Ancaq verilişin axırı olduğu üçün bu fikriniz sanki yarımçıq qaldı» sözlərinə görə bu haqda yazmaq qərarına gəldim. Çünki mən Darvinin türk düşmənçiliyi haqqında danışanda verilişin qonaqlarından biri olan Bakı Dövlət Universitetinin prorektoru, professor Məcnun Babayev: «Harun Yəhyanın Darvinin adından türk xalqı ilə bağlı dediyi sözləri tamamilə yanlışdır. Mən onun (Darvin nəzərdə tutulur) bütün əsərlərini oxumuşam. Darvin dünyasında belə bir söz deməyib», - dedi. Bəli, hörmətli professorun Darvinlə bağlı bu sözlərinə Darvinin özü
pixel
pixel

Məqalələr : Peyğəmbər nəslini necə sevməliyik?

Sayta qoyulub: 23:12 25.12.2009 (Oxunub: 778 )
Əhli-beytdən olanları və Peyğəmbərimizin nəslindən olanları sevmək Peyğəmbərimizi sevmək və ona sevgi bəsləmək deməkdir. Bu eyni zamanda Allahı sevməkdir.
Peyğəmbərimizin ən kiçik və ən sevimli qızı Hz. Fatimə idi. Peyğəmbər onu: “Fatimə məndən bir yarıdır”, - deyərək sevərdi. Heç bir ata Peyğəmbərimiz Hz.Fatiməni sevdiyi kimi öz qızını sevməyib və sevə də bilməz. Çünki onun sevgisi insanların sevgisindən və sevməsindən fərqli idi. Peyğəmbərimiz namazda ayaq üstə olduğu zaman Həsən gələrək babasının ayaqlarının arasından keçmək istəyər, Peyğəmbərimiz də onun rahat şəkildə keçməsi üçün ayaqlarını açardı. Bəzən isə Peyğəmbərimiz Həsən və Hüseyni qucağına götürər, məscidə gedərdi. Onlar qucağında olduğu halda belə
pixel
pixel

Məqalələr : Yas mərasimi neçəyə başa gəlir?

Sayta qoyulub: 20:50 13.10.2009 (Oxunub: 459 )
Azərbaycanda yası düşən hər kəs çalışır ki, onun ehsan süfrəsi yasa gələnlərin qeybət predmetinə çevrilməsin

Azərbaycanda yas mərasimləri öz təmtəraqına görə artıq toy mərasimlərini ötüb keçib. Bəzən süfrəyə o qədər təamlar düzülür ki, yas məclisinə nə məqsədlə gəldiyini belə unudursan. Mərhumun ruhuna dua oxumaqdansa, fikir yayınır ehsan süfrəsindəki dəbdəbəyə. İndi Qafqaz Müsəlmanları İdarəsi yas mərasimlərinin keçirilməsi ilə bağlı əməli addımlar atmağa başlayır. Naxçıvanın timsalında artıq müsbət təcrübə də var. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası bəyan edib ki, Azərbaycanda yas mərasimlərinin dəbdəbəli keçirilməsi İslam qanunlarına ziddir. Əslində təziyə mərasimləri
pixel
pixel

Məqalələr : Bakıda yeni təhlükəli dini sekta yaranır

Sayta qoyulub: 20:08 05.10.2009 (Oxunub: 566 )
Dünyanın onlarla ölkəsində saentologiya kilsəsi qadağan olunub

Yaşından xeyli gənc görünən otuzbeşyaşlı sarışın rus qadın üzünü qarşısında oturmuş ortayaşlı azərbaycanlıya tutur: «Sənə bir tapşırıq verəcəyəm, dərslərimizin gedişi onu necə yerinə yetirə bilməyindən asılıdır. İlk öncə ruhunla bədənini ayrı təsvir elə, sonra çalış bədənindən çıxaraq, bir metr arxadan özünə bax».
Əlləri ilə testerə bənzər cihazın zondlarını tutan azərbaycanlı isə bir neçə dəqiqəlik sükutdan sonra «Marina, mən bunu heç cür bacarmıram»,- deyir. Qadınsa «Sən mənə bir şey verməmisən deyə alınmır, başdan pul versəydin indi ayrı məsələ idi», - söyləyir. Marina Mərkəzi Rusiyanın
pixel
pixel

Məqalələr : Efir məkanı: problemlər və vəzifələr

Sayta qoyulub: 01:15 05.10.2009 (Oxunub: 291 )
Ramiz Mehdiyev,
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, akademik


"Biz heç cür yol verə bilmərik ki, mənəviyyatsızlıq mənəvi dəyərlərimizi məhv etsin". Heydər ƏLİYEV

XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi strateji seçim və dövlət siyasətinin prioritetinə çevrildi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.
Azərbaycanda azad kütləvi informasiya vasitələrinin yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri kimi qəbul olunmuşdur və daim dövlətin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyev söz və məlumat azadlığını, KİV-lərin müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi. İstər Azərbaycana rəhbərliyinin sovet dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi illərdə Heydər Əliyev jurnalistikanın inkişafına, KİV-lərin maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərmiş, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verirdi. 2001-ci ildə Heydər Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdimat mərasimində o, çıxışı zamanı demişdir: "Biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır". Beləliklə, 1998-ci ildə Azərbaycanda senzuranın ləğvi,
pixel
NAMAZ VAXTLARI
08 sentyabr 2010
Sübh 05:35
Günəş 07:09
Zöhr 13:45
Əsr 17:19
Məğrib 20:09
İşa 21:33
Aylıq
«« Dünən Sabah »»

SORĞU
Mövzu ilə bağlı fikirlərinizi Forum-da əsaslandıra bilərsiniz.

KONVERTOR

XƏBƏR ARXİVİ
<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930

ABUNƏ
Saytımızın xəbərlərinə
ABUNƏ ol!
Sizin e-mail:


BİZİM DÜYMƏ
Əgər bizim saytımız xoşunuza gəlirsə, düyməmizi saytınızda yerləşdirə bilərsiniz.

Bizim düymə:


Düymənin HTML kodu:

QURAN AYƏSİ
"Bu kitab sizə nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun, ola bilsin ki, sizə mərhəmət olunsun"
("Ənam" surəsi, 155)

HƏDİS
"Ey dilləri ilə iman edən, ancaq qəlbinə iman girməyənlər! Möminlərin qeybətini etməyin, onların məhrəm işlərinin arxasınca düşməyin! Kim onların məhrəm işlərinin arxasınca düşsə, Allah da onun məhrəm işlərinin arxasınca düşər və onu evində belə rüsvay edər".

MƏŞHURLAR
"Təbiət şübhəsiz ki, Tanrının İkinci Kitabıdır, biz ondan imtina etməməyə və onu oxumağa məcburuq".
Qalileo Qaliley
(1564-1642)



© 2006-2010, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99455 211-50-11