"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et" - "Nəhl" surəsi, 125
ƏSAS MENYU

AXTARIŞ

Google-da axtarış

MARAQLI ŞƏKİL

YENİ FAYLLAR

POPULYAR FAYLLAR

pixel
pixel
pixel
pixel
pixel

Xəbərlər : Quranın möcüzə olduğu bir daha sübut edildi

Sayta qoyulub: 17:46 16.08.2010 (Oxunub: 228 )
Türkiyə Dini İdarəsinin keçmiş rəhbəri Dr. Təyyar Altıkulaç 10 illik araşdırma nəticəsində orijinal dörd qədim Quranla dövrümüzdəki Quranı sözbəsöz, hərfbəhərf yoxlayaraq onların arasında hər hansı dəyişikliyin olmadığını isbat etdi. Dr. Altıkulaç, dövrümüzdəki Quranla dünyadakı dörd orijinal Quran üzərində IRCICA (İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzi) və Türkiyə Dini İdarəsinin köməyilə apardığı araşdırmalarla bağlı Anadolu Agentliyinin müxbirinə müsahibə verdi. İllərdən bəri Quranın heç bir hərfinin dəyişmədiyinin, təhrif edilmədiyinin qeyd edildiyini, lakin bunun sübut olunmadığını
pixel
pixel

Xəbərlər : Prezidentin çıxışına “Bismillah”la başlaması...

Sayta qoyulub: 23:48 25.06.2010 (Oxunub: 766 )
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun iyunun 23-ü Bakıda keçirilən 35-ci illik toplantısındakı çıxışına “Bismillahir-Rəhmanir-Rəhim” kəlmələri ilə başlayıb. Bu, bir yenilik təsiri bağışlayır. İndiyədək dövlət başçısının hansısa çıxışa bu cür başladığı olubsa da, görünür, buna diqqət yetirilməyib.

Jurnalist Qurban Yaquboğlu “Media forum” saytına açıqlamasında prezidentin çıxışına “Bismillahir-Rəhmanir-Rəhim” kəlmələri ilə başlamasının islam inanclı hər bir adama Allah adının dövlətin birinci şəxsinin dilində zikr olunması kimi xoş təsir bağışladığını vurğulayır: “Amma zənnimcə, Azərbaycan cəmiyyəti buna daha çox təəccüblənəcək. Birincisi, bu sayaq giriş adətən din xadimlərinə və ya ibadət edən insanlara aiddir. İkinci nüans həmin toplantının, adından da göründüyü kimi, din səciyyəli yox, işgüzar xarakter daşımasıdır. Üçüncüsü, Azərbaycanın inanclı insanları son zamanlar dinlə bağlı rəsmi siyasətdən o qədər də razı deyillər. Bəlkə bununla dövlət başçısı aşağı səviyyəli məmurlara bir mesaj da göndərmək istəyib?”

Qurban Yaquboğlunun fikrincə, bu, dünyəvi dövlət olan
pixel
pixel

Xəbərlər : MDB-nin müsəlman lideri statusu?

Sayta qoyulub: 10:59 18.05.2010 (Oxunub: 283 )
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək- tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın;

Mirzə Ələkbər Sabir


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə qarşı bunt qalxıb. “İnterfaks” agentliyinin məlumatına görə, Rusiya Müftiləri Şurasının rəhbəri Ravil Qaynutdin bəyan edib ki, Paşazadənin MDB-nin müsəlman çevrələrinin vahid lideri statusuna malik olmaq hüququ yoxdur. “Ötən il MDB ölkələrinin müsəlman liderlərinin Məsləhət Şurasının toplantısında təklif olunub ki, Allahşükür Paşazadə MDB müftiliyinin rəhbəri olsun. Belə təkliflə çıxış edənlərdən biri də özünü islamşünas adlandıran Roman Silantyevdir.

Lakin Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrin özlərinin müstəqil müftilik institutları var. Onlar Azərbaycanda mövcud olan və şiəlik təriqətinə əsaslanan müftiliyə tabe olmaq istəmirlər. Bu, heç vaxt baş verə bilməz” - deyə R.Qaynutdin bildirib.

R.Qaynutdin onu da deyib ki, A.Paşazadənin
pixel
pixel

Xəbərlər : Məscid sökülməyəcək...

Sayta qoyulub: 19:55 14.05.2010 (Oxunub: 319 )
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən və məhkəmə tərəfindən sökülməsinə qərar verilmiş “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb.

İdarədən verilən məlumata görə, açıqlamada deyilir ki, inşası tamamlanmamış “Fatimeyi-Zəhra” məscidi adlandırılan yarımçıq tikinti ətrafında yaranmış problemlə bağlı QMİ sədri şeyxülislam Allahşükür Paşazadə prezident İlham Əliyevə müraciət edib: “Müraciətdə tikilinin sökülməsi barədə mövcud məhkəmə qərarının dayandırılması xahiş olunub, yaranmış vəziyyətin ən məqbul həll yolu kimi
pixel
pixel

Xəbərlər : Dövlət Komitəsi Ayətullaha cavab verdi

Sayta qoyulub: 22:16 13.05.2010 (Oxunub: 282 )
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran İslam Respublikasının iqtidaryönlü ruhanisi ayətullah Nasir Məkarim Şirazinin bəyanatına münasibət bildirib.

Komitənin mətbuat xidmətindən “Media forum” saytına daxil olan açıqlamada deyilir ki, ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı əsassız fikirlər söyləməsi çox təəssüf doğurur: “Din xadiminə yaraşdırılmayan və böhtan xarakterli olan bu cür fikirlər qəbuledilməzdir”.

Dövlət komitəsinin açıqlamasında vurğulanır ki, məscid
pixel
pixel

Xəbərlər : Ayətullah müqavimət hökmü verəcək...

Sayta qoyulub: 22:14 13.05.2010 (Oxunub: 284 )
İran İslam Respublikasının məşhur iqtidaryönlü ruhanisi ayətullah Nasir Məkarim Şirazi mayın 12-də Qum şəhərində fiqh dərsində söylədiyi nitqində Azərbaycan Respublikasının hakimiyyətini hədələyib.

Nasir Məkarim Şirazi deyib ki, Bakıda şiələrə məxsus məscidlər sökülür və bununla bağlı Azərbaycan Respublikasının bir sıra vətəndaşı ona müraciət edib: “Son vaxtlar Azərbaycan Respublikasından xəbərlər gəlir ki, hakimiyyət şiə məscidlərini yıxır və digər məscidləri də sökmək niyyətindədir. Biz Azərbaycan hakimiyyətinə bununla bağlı öz rəsmi mesajımızı yollamış, bu işdən əl çəkəcəklərinə ümidvar
pixel
pixel

Xəbərlər : Müsəlmanlar evlərini məktəbə çevirir

Sayta qoyulub: 13:12 28.02.2010 (Oxunub: 291 )
ABŞ-ın müsəlman ailələri arasında evdə təhsil verənlərin sayı günbəgün artır. Vaşinqton Post qazetinin verdiyi məlumata əsasən, Müsəlmanlara qarşı xoşagəlməz davranışların və ayrı-seçkiliyin artmasıyla yanaşı, uşaqlarının yüksək İslam təhsili almasını istəyən Müsəlman ailələr, ABŞ-da bir zamanlar yalnız dindarların haqqı olan evdə təhsil seçimindən istifadə edirlər.
Belə ailələrdən biri də Meksika əsilli müsəlman olan Priskilla Martinezin ailəsidir. Müəllim, müdir və müşavir olan Martinez, “Əməntu” duasıyla riyaziyyat, qrammatika və təbiət fənləri də daxil olmaqla yaşları 2 və 12 yaşlar arasında olan altı övladına evdə dərs keçir.
Vaşinqtonda yaşayan
pixel
pixel

Xəbərlər : Diplomatlar və əsgərlər din təhsili almalıdır

Sayta qoyulub: 13:01 28.02.2010 (Oxunub: 197 )
Türkiyənin "Radikal" qəzetinin verdiyi məlumata əsasən, ABŞ-ın mühüm mülahizə mərkəzlərindən biri olan Çikaqo Qlobal Münasibətlər Şurasının sabiq hökumət adamları ilə müxtəlif din və inanc mütəxəssislərindən ibarət 32 nəfərlik heyəti, iki illik araşdırmadan sonra ortaya çıxardığı məruzəsində, Amerikanın xarici siyasətində din və tanrı ehtiyacının olması nəticəsinə gələrək, ABŞ prezidenti Başkanı Obamaya, dini xarici siyasətin ayrılmaz hissəsi etməsini tövsiyə etdi. Qəbul edilən məruzədə belə deyilir: “Diplomatiya, iqtisadiyyat və hərb sahəsində, eləcə də bütün xarici münasibətlərdən məsul olan adamlara din
pixel
pixel

Xəbərlər : ABŞ Konqresi imamın duası ilə açılacaq

Sayta qoyulub: 12:45 28.02.2010 (Oxunub: 217 )
Amerikanın Dyuk Universitetinin məscidində imam olan Abdullah Antepli ABŞ-ın nümayəndələr palatasının açılışında dua oxuyacaq
ABŞ-ın əsas universitetlərindən olan Dyuk Universitetinin məscidində imamlıq edən Abdullah T. Antepli, 3 Martda Amerikanın nümayəndələr palatasının açılış mərasimində dua oxuyacaq. Vaşinqtondakı nümayəndələr palatasının binasında keçiriləcək mərasim televiziya və internet vasitəsilə də canlı yayınlanacaq.
Türk imam Antepli, bu məsuliyyətli mərasimlə bağlı fikirlərini belə ifadə etdi: "Açılış duasının
pixel
pixel

Xəbərlər : Sinaqoq söküləcəkmi?

Sayta qoyulub: 20:12 25.02.2010 (Oxunub: 225 )
Xəbər verildiyi kimi, Bakının mərkəzində, Heydər Əliyev Sarayının yaxınlığındakı qədim yaşayış məhəlləsinin sökülməsi ətrafında yaranmış narazılıq dalğasına yəhudilər də qoşulub. Çünki həmin ərazidə Bakıdakı dağ yəhudilərinin məhəlləsi də yerləşir. Yəhudi icması evlərinin cüzi kompensasiya müqabilində sökülməsinə qarşı çıxaraq İsrailin Bakıdakı səfirliyinə müraciət ediblər. Yəhudi internet saytları bu hadisələrə geniş yer ayırır və hər gün Bakıdakı yəhudi icmasının nümayəndələrinin mövqelərini yayır. Yəhudi mənbələrinin dünən yaydıqları məlumatlara görə, söküləcək binalar arasında həmin ərazidə yerləşən sinaqoq da var.
Yəhudi dindarları sinaqoqu müdafiə etmək üçün ayağa qalxıblar və Bakı Şəhər İcra Hakimiyyətinin sakinlərin evlərini dağıtmaqda olan buldozerlərinin birinci hücumunu dəf ediblər. Bildirilir ki, dağ yəhudiləri dini icmasının sədr müavini Semyon Şalmiyev və ravvin başda olmaqla, bir qrup yəhudi buldozerlərin
pixel
NAMAZ VAXTLARI
10 sentyabr 2010

yoxdur

Aylıq
«« Dünən Sabah »»

SORĞU
Mövzu ilə bağlı fikirlərinizi Forum-da əsaslandıra bilərsiniz.

KONVERTOR

XƏBƏR ARXİVİ
<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930

ABUNƏ
Saytımızın xəbərlərinə
ABUNƏ ol!
Sizin e-mail:


BİZİM DÜYMƏ
Əgər bizim saytımız xoşunuza gəlirsə, düyməmizi saytınızda yerləşdirə bilərsiniz.

Bizim düymə:


Düymənin HTML kodu:

QURAN AYƏSİ
"Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq O qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər"
("Ali-İmran" surəsi, 3/18)

HƏDİS
"Ey dilləri ilə iman edən, ancaq qəlbinə iman girməyənlər! Möminlərin qeybətini etməyin, onların məhrəm işlərinin arxasınca düşməyin! Kim onların məhrəm işlərinin arxasınca düşsə, Allah da onun məhrəm işlərinin arxasınca düşər və onu evində belə rüsvay edər".

MƏŞHURLAR
"Elm qalasının qülləsinin başından böyük İlahi əməllər görünür".
C.C.Tomson
(1856-1940)



© 2006-2010, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99455 211-50-11