"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et" - "Nəhl" surəsi, 125
ƏSAS MENYU

AXTARIŞ

MARAQLI ŞƏKİL

pixel

Məqalələr : Yas mərasimi neçəyə başa gəlir?

Sayta qoyulub: 20:50 13.10.2009 (Oxunub: 461 )
Azərbaycanda yası düşən hər kəs çalışır ki, onun ehsan süfrəsi yasa gələnlərin qeybət predmetinə çevrilməsin

Azərbaycanda yas mərasimləri öz təmtəraqına görə artıq toy mərasimlərini ötüb keçib. Bəzən süfrəyə o qədər təamlar düzülür ki, yas məclisinə nə məqsədlə gəldiyini belə unudursan. Mərhumun ruhuna dua oxumaqdansa, fikir yayınır ehsan süfrəsindəki dəbdəbəyə. İndi Qafqaz Müsəlmanları İdarəsi yas mərasimlərinin keçirilməsi ilə bağlı əməli addımlar atmağa başlayır. Naxçıvanın timsalında artıq müsbət təcrübə də var. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası bəyan edib ki, Azərbaycanda yas mərasimlərinin dəbdəbəli keçirilməsi İslam qanunlarına ziddir. Əslində təziyə mərasimləri


çox sadə keçirilməlidir. Halva, xurma və çay zaman-zaman ehsan süfrəsi üçün əsas şərtlərdən olub. Təəssüf ki, bu gün belə sadə süfrələrə çox nadir hallarda rastlaşırsan. Yası düşən hər bir kəs çalışır ki, onun ehsan süfrəsi yasa gələnlərin qeybət predmetinə çevrilməsin.
Qeyd edək ki, yas mərasimlərində xüsusilə varlıların istifadə etdiyi VİP çadırların quraşdırılma qiyməti 2 min manatla 5 min manat arasında dəyişir. Təbii ki, yası düşən şəxsin arzu və istəkləri də burada nəzərə alınır. Ehsanda hansı yeməklər veriləcək, nə içiləcək, meyvələrdən nə olacaq və s. Kasıb məclisləri isə bir qədər kasıbyana olur, yəni daha VİP servis çadırlarda müşahidə olunan dəbdəbəyə burada rast gəlinmir.
Naxçıvan Muxtar Respublikasında isə yas mərasimlərinin dəbdəbəli keçirilməsinə xeyli müddətdir rəsmi şəkildə qadağa qoyulub. Naxçıvanın Cami məscidinin işçisi Arzu Əliyev bu qərarın bütün əhali tərəfindən alqışlandığını bildirib.
Mütəxəssislər deyir ki, minlərlə manata başa gələn parfil, qranit və mərmərdən quraşdırılan baş daşlarının ömrü uzun olur, yəni onlar min illərlə qalır və xarab olmur. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli isə deyir ki, dinimiz başqa şey buyurur. "Müsəlmanın qəbri itməlidir. Qəbir daşlarının quraşdırılması elə özü ağırlığında da qiymətə başa gəlir. Qəbir daşlarının qiyməti keyfiyyətindən asılı olaraq 50 min manatdan 8 min manat arasında dəyişir", - deyə o vurğulayıb.
Kasıb təbəqənin tələbatı isə ucuz sayılan gülbaxt daşınadır ki, onun qiyməti maksimum 600 manatdır.


Aynur Əliyeva - www.anspress.com
pixel
 
Çap variantı  Dosta göndər 

 


© 2006-2010, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99455 211-50-11