Zəkat : Zəkat veriləcək miqdar il ərzində dəyişərsə...
Sayta qoyulub: 13:39 15.06.2010 (Oxunub: 202 )
Zəkatın ümumi prinsiplərindəndən biri nisab miqdarının üzərində olan sərvətin üzərindən bir il keçməsidir. Bu halda il ərzində nisabın altına düşməmək şərtilə sərvətdə olan dalğalı azalış və artışlar nəzərə alınmadan il sonundakı sərvət zəkat vermək üçün əsas qəbul edilir. Bu məsələnı 1, 2 və 3-cü şəkillərdə qrafiklə daha ətraflı izah edək:
Yandakı 1-ci şəkildə misal olaraq verilən bu qrafikdə 3000 dollar nisab miqdarını aşmaqla zəkatın hesablanmasına başlanğıc kimi götürülən ramazan ayında malik olunan sərvətdir. Bu sərvət növbəti il azalma tempi içində olmuş, lakin nisab miqdarının altına düşməmişdir. İlin sonuna doğru artım tempi göstərmişdir. Hesablanmağa başlanılan ramazan ayından bir hicri ili sonra, yəni növbəti ilin ramazan ayında 6000 dollar həddinə yüksəlmişdir. Bu misalda bildirilən sərvətin il ərzində ilin əvvəlindan daha aşağı həddə düşməsinə baxmayaraq ilin sonundaki sərvət miqdarı yəni 6000 dollar üzərindən zəkat verilməlidir.
Yandakı 2-ci şəkildə misal olaraq verilən bu qrafikdə 3000 dollar nisab miqdarını aşmaqla ramazan ayında malik olunan sərvətdir. Bu sərvət növbəti il boyunca dalğalı şəkildə, lakin nisab miqdarının altına düşməyəcək şəkildə azalıb artmışdır. Bu artış il ərzində 6000 dollara qədər çarmışdır, lakin daha sonra yenidən azalaraq hesablamanın başlandığı ramazan ayından bir qəməri ili sonra yenidən ramazan ayında malik olunan sərvət 4000 dollar həddində olmuşdur. Bu misalda bildirilən il ərzində dalğalanmalara və 6000 dollar yüksəlişə baxmayaraq zəkat ilin sonundakı 4000 dollar üzərindən hesablanacaqdır.
Yandakı 3-cü şəkildə Bu üçüncü şəkildə misal olaraq verilən bu qrafikdə 3000 dollar nisab miqdarını aşmaqla ramazan ayında malik olunan sərvətdir. Bu sərvət növbəti il boyunca dalğalı şəkildə gah nisab miqdarının üzərinə çıxır gah da altına düşür. Bu halda nümunə göstərilən sərvətə malik şəxsin zəkat hesablama il başlanğıcı sərvətinin son olaraq nisab miqdarının üzərinə çıxdığı aydır. Yəni şəkildə görüldüyü kimi səfər ayıdır. Bu halda örnəkdə bildirilən şəxs yalnız gələn ilin səfər ayında zəkat verir. Çünki ramazandan sonra onun nisab miqdarının üzərindəki sərvəti daha sonra azalmış lakin səfər ayından sonra artmışdır. Nisab üzərinə çıxan sərvətin üzərindən 1 qəməri ili ötəndən sonra son sərvəti nəzərə alınaraq (burada misal olaraq verilən 6000) dollar üzərindən zəkat verəcəkdir.