Zəkat : Hansı maddi əşyalardan zəkat verilməlidir?
Sayta qoyulub: 13:34 15.06.2010 (Oxunub: 204 )
Hansı maddi əşyalardan zəkat verilməlidir?
Qızıl və gümüş: Bir hədisdə belə qeyd olunur. Əsma bint Yazid rəvayət edir: “Mən və mənim xalam əlimizdə qızıl bilərzik olduğu halda, Peyğəmbərin (sav) yayına getdik. O (sav) bizdən soruşdu: «Siz bunların zəkatını vermisinizmi?» Onlar isə bu bilərziklərin zəkatını verməmişdilər. Peyğəmbər (sav) belə buyurdu: «Siz qorxmursunuzmu ki, Allah sizə atəşdən bilərzik geydirər? Bunların zəkatını verin» (Əhməd bin Hənbəl, 6: 461). Bundan başqa, möminlərin anası Həzrəti Aişədən belə bir hədis rəvayət olunmuşdur: “Allah Rəsulu (sav) mənim yanıma gələndə barmağıma gümüş üzük taxarkən gördü və soruşdu: «Bu nədir ey Aişə?» «Mən bunu özümü sənin üçün bəzəmək üçün etdim, Ey Allahın Elçisi», - deyə cavab verdim. O (sav) belə dedi: «Sən bunların zəkatını vermisənmi?» Mən dedim: «Yox, vəya inşaAllah». Sonra O (sav) belə buyurdu: «Bunlara görə veriləcək əzab sənə yetər» (Əbu Davud, «Sunən» Darakutni; «Sunan» və Beyhəqi, «Sunan» (4:140). Qızıl və gümüş nisab miqdarından artıq olarsa, zəkata tabedir. Alimlərin rəyinə görə nisab qızıl üçün 87.49 qram, gümüş üçün isə 613.35 qramdır. Yəni qızıl və ya gümüş bu çəkidən artıq olarsa, o zaman bu artıq miqdar üçün zəkat ödənilməlidir.
Qızıl və gümüşün qiyməti beynəlxalq bazarlarda olduğu kimi yerli bazarlarda da tez-tez dəyişir. Bəzi vaxtlarda qızılın 1 qramının qiyməti 29.00 və gümüşün 1 qramı 0.50 ABŞ dolları olub. Bu qiymətləri nəzərə alsaq o tarixdə nisab qızılda təqribən 2537,21 $ (29.00 $ x 87.49 qram) və gümüşdə təqribən 306.68 $ ($0.50 x 613.35 qram) olmuşdur.
Nəğd pul: Əldə, yaxud bank hesabında olmasından asılı olmayaraq həmin vəsaitdən bir zəkat ili ötəndən sonra zəkat verilməlidir. Borc verilmiş pullar da zəkata tabedirlər.
Nəğd pulda nisab qızıl və gümüşün nisab dəyərinə uyğun olaraq hesablanır. Gümüşün nisab dəyəri dəyər olaraq aşağı olduğundan nəğd pul üçün nisab gümüşün dəyəri (306.68 $) üzərindən hesablanması daha münasibdir.
Zəkatın verilməsi zəruri olan başqa maddi dəyərlər aşağıdakıları da sadalamaq lazımdır:
Hissə sənədləri, ortaqlıqlar, ehtiyat fonlar, iş əmlakı olan satılacaq mallar, şəxsi şirkət gəlirləri və əmlakları, faydalı qazıntılar, ətləri yeyilən ev heyvanları, kənd təsərrüfatı məhsulları və sairə.