Nisab adlandırılan müəyyən miqdar maddi dəyərlərə malik olma günündən ay təqvimi ilə bir ilin keçməsi lazımdır. Bu bir illik müddət ərzində malik olunan maddi dəyərlərin miqdarı nisab miqdarından aşağı düşməməlidir. Nisab miqdarından aşağı düşmə halında bir illik hesablama müddəti yenidən bu nisab miqdarından artıq maddi dəyərlərə malik olma vaxtından başlayacaqdır. Zəkatın borc olduqdan sonrakı mümkün olan ən qısa vaxt içərisində ödənməsi lazımdır. Çünki borcun ödənməsindən öncə ölüm gəlib hər birimizi haqlaya bilər. Əgər bir şəxs zəkat vermədən ölərsə, zəkat onun malından varisləri tərəfindən verilməlidir.
Hansı maldan zəkat verilməli olduğunu müəyyən etmək üçün ən əsas prinsiplər nələrdir?
Qızıl, gümüş, nəğd pul və başqa maddi varlıqlar səbəbilə zəkat verilir. Bu maddi varlıqların yalnız müəyyən miqdara gəlməsi ilə zəkat vermək lazım olur. Başqa maddi varlıqlar yalnız daha sonra satılmaq niyyəti ilə malik olunduqda zəkata tabe olar. Məsələn, bir müsəlman ev alır, -ev normal halda zəkatı verilməyəcək maddi varlıqdır- lakin bu ev daha sonra gəlir əldə edəcək şəkildə satılmaq üçün alınıbsa, bu maddi varlıq zəkata tabe tutularaq evin bazar qiyməti üzərindən zəkat hesablanır.
Lakin əgər daşınmaz əmlak əldə sərmayə kimi saxlanmaq, daha sonra satılmamaq üçün alınıbsa, bu daşınmaz əmlak zəkata tabe tutulmur. Əgər əvvəl satmaq deyil, sərmayə niyyəti ilə bir mülkiyyət alınmışsa, lakin sonradan niyyət dəyişmiş və bu əmlakı daha sonra satıb bundan gəlir əldə edilmək düşünülərsə, bu əmlakın xüsusiyyətini dəyişməz və bu mal zəkatdan azad olmağa davam edər.