"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et" - "Nəhl" surəsi, 125
ƏSAS MENYU

AXTARIŞ

MARAQLI ŞƏKİL

pixel

Məqalələr : "Süni canlı'' yalanı

Sayta qoyulub: 11:09 30.05.2010 (Oxunub: 595 )
Son dövrlərdə, xüsusən təkamülçü nəşrlərdə tez-tez vurğulanan bir xəbər diqqəti cəlb edir. Süni şəkildə yaradılan DNT molekuluna aid bir hissə, başqa bir hüceyrənin nüvəsinə köçürülmüş və həmin hüceyrənin içində DNT-nin fəaliyyəti müşahidə edilmişdir. Bəzi təkamülçü nəşrlərdə “sintetik həyat yaradıldı”, “yaşayan hüceyrə yaradıldı” (Allah qüsurlardan uzaqdır) kimi aldadıcı sərlövhələrlə verilən bu mövzu təkamülçü abstrakt müddəaların oyununa çevrilmişdir. Hətta «Financial Times» kimi bəzi nəşrlər, təkamülçülərin cansızdan canlı yaratmaqla bağlı bitməyən xəyallarını sonda həyata keçirdiklərini də iddia etmişdir. Halbuki həmin araşdırma darvinçilərin əsla izah etmədikləri canlı aləmin necə başlaması sualına heç bir cavab vermir. Əksinə, bu araşdırma


hüceyrənin DNT-sindəki kompleksliyin mühüm sübutudur.
Mövzu ilə bağlı fikirlər belədir:
•Amerikalı elm adamı J. Kreyq Venter, laboratoriyada bir mikoplazma (mycoplasma mycoides) genini süni olaraq nizamlandıqdan sonra başqa mikroplazma (mycoplasma mycoides) hüceyrəsinin nüvəsinə daxil etmiş və hüceyrə bu DNT ilə fəaliyyətinə davam etmişdir.
•Hamının bildiyi kimi, aparılan proseslərdə yalnız canlı aləmin kopyalanması (üzünün çıxarılması, köçürülməsi) üsullarından istifadə edimişdir.
•Aparılan proseslərdə 1,08 milyon əsas cütlərdən ibarət mikoplazma mikoides DNT-sindən götürülən kopya, laboratoriya şəraitində nizamlanmış və başqa bir canlı hüceyrənin içinə köçürülmüşdür.
•Yeni DNT yaradılmamış, əvvəl olmayan yeni məlumat ortaya çıxarılmamış, laboratoriyada süni DNT düzülüşü sıfırdan əmələ gətirilməmişdir. Hüceyrə isə DNT-də onsuz da mövcuddur. Süni proses, yalnız qeyri-adi məlumat bazasına malik olan mövcud DNT-nin götürülüb yenidən nizamlanması və başqa hüceyrəyə köçürülməsindən ibarətdir.
•Bu nizamlama DNT-də mövcud olan qeyri-adi kompleksli məlumatlar daxilində, şüurlu elm adamlarının nəzarəti altında, ən yüksək texnoloji laboratoriyalarda, nəzarət altında, Allahın yoxdan yaratdığı mövcud nümunədən istifadə edərək, illərlə sınaqdan çıxarılaraq həyata keçirilmişdir.
•Yalnız bir bakteriyaya tətbiq edilən bu kopiyalama prosesi, əsasda 20, arxa planda minlərlə elm adamının daxil olduğu, 40 milyon dollara başa gələn 10 illik araşdırma nəticəsində həyata keçirilmişdir.
•Yalnız mövcud olan bir nümunəni, lazımi şəraitdə, şüurlu insanlar tərəfindən kopiyalamaq üçün elm adamlarının göstərdiyi bu səy, həmin kompleks quruluşun, mövcud nümunə, şüurlu müdaxilə və texniki imkanlar olmadan hətta kopiyasının da yaradılmayacağı açıq şəkildə hamıya məlum oldu.
•Bu proses elm üçün gözəl hadisədir. Genetika ilə bağlı araşdırmalar inkişaf etdikcə DNT kopiyaları götürmək və bunları digər hüceyrələrə köçürmək mümkün olacaq. Allahın izni ilə, həmin araşdırmalar müxtəlif xəstəliklərin müalicəsində faydalı şəkildə istifadə ediləcək. Lakin bütün bunlar yalnız mövcud quruluşlara edilən şüurlu müdaxilədir. Yaradılan mükəmməl varlıqlar üzərində aparılan bu şüurlu və nəzarətli sınaqların təkamülə dəlil kimi göstərilməsi həm böyük hiylə, həm də darvinçilərin çarəsizliyidir. Bu eyni zamanda həyatın başlanğıcını və kompeksliyini izah edə bilməyən darvinçilərin istifadə etdikləri acizanə müddəadır.
•Əgər təkamülçülər iddialarını sübut etmək istəyirlərsə, o zaman canlı aləmi əmələ gətirən hissələri yoxdan yaratmalı, sonra isə bunun öz-özünə, təsadüflər nəticəsində, nəzarətsiz, canlılar aləmi üçün olduqca təhlükəli şəraitdə, heç bir şüurlu müdaxilə olmadan necə olduğunu izah etməlidirlər. Halbuki darvinçilər, nəzarətli şərtlər və şüurlu müdaxilələr nəticəsində bircə proteini də əmələ gətirə bilmirlər. Onların bunu etmələri də qeyri-mümkündür.
•Əslində darvinçilər bu araşdırma nəticəsində öz əlləri ilə həyatın kompleksliyini, həyatın hətta ən kiçik hissəsinin də təsadüfi olaraq əmələ gəlməyəcəyini bir daha sübut edirlər.
•Qeyd etmək lazımdır ki, bu nəticə hər hansı canlılıq mənasına gəlmir. Canlı hüceyrə, saysız-hesabsız hissədən ibarət bütöv bir kompleks quruluşdur. Bunların bütöv halda, eyni anda və eyni yerdə mövcud olmaları birgə nizam yaratmaları nəticəsində ortaya çıxır. Qeyri-adi birləşmədə bir DNT-nin kopiyalanması, yalnız mövcud olan sistemin kiçik hissəsinin təqlid edilməsidir. Kopiyalama yolu ilə əldə edilən DNT-nin varlığına sevinən darvinçilər, xəyal etdikləri ilk canlını, yəni ilk xəyali hüceyrəni izah etməkdən qəti olaraq uzaqdırlar.
•Ən əsası isə həmin araşdırmanın, həyatın necə başlaması mövzusu ilə heç bir əlaqəsi yoxdur. Bu araşdırma, həyatın başlanğıcı haqqında darvinçilərin düşdüyü çıxılmaz vəziyyəti aradan qaldırmır. Darvinizmin əsasını çürüdən bu hiylə, daha da böyüyüb inkişaf edərək onu uçuruma aparır.
•Belə ki, Boston universitetinin professoru Cim Kollins də həmin kopiyalama araşdırmalarına qarşı çıxaraq “Nature” jurnalına verdiyi müsahibədə belə demişdir:
“Venter və dostları tərəfindən ararılan bu araşdırma orqanizmlərin yenidən əmələ gəlməsilə bağlı qabiliyyətimiz üçün mühüm inkişafdır. Lakin bu, sıfırdan yeni həyatın əmələ gəlməsi mövzusunu izah etmir”.[1]

Nəticə

Yaradılışın mükəmməlliyini göstərən mövcud varlıqları təqlid etmək məsələsində səylərini, böyük hərflərlə bütün darvinçi nəşrlərin üz qapağında əks etdirərək əks-səda salmağa çalışmaq darvinçilərin xüsusiyyətidir. Darvinçilərin bu səs-küyü, xüsusən elmin təkümülü rədd etməsinin bütün dünyaya nümayiş etdirildiyi bu son dövrlərdə daha çox eşidilir. Demək, təkamülçülər çıxılmaz vəziyyətə düşüblər.
Həyatı çox sadə izah etməyə çalışan təkamül nəzəriyyəsi üçün həyatın əsası da o qədər sadə olmalı, canlı aləmlə bağlı hər şeyi tesadüflərlə izah edən darvinçilərin bu saxta və bəsit iddialarına uyğun olmalıdır. Bu səbəbdən, əgər darvinçilərin iddiası doğru olsaydı, palçıqlı suda yarandığını iddia etdikləri ilk xəyali hüceyrə də eynilə Darvinin zənn etdiyi kimi içində su olan şar olmalıydı. Halbuki həqiqət tamamilə fərqlidir. Hətta canlılar aləmini təşkil edən proteinin bir dənəsi də olduqca kompleks quruluşa malikdir. Bütün dünyanın darvinçi elm adamları 150 ildir ki, eyni şeyi düşünür, yalnız bir proteini əmələ gətirmək üçün çalışır, lakin heç bir uğur qazana bilmirlər.
Elə bu səbəbdən DNT-nin üzünün köçürülməsini təkamülə dəlil kimi göstərib bu səs-küyü davam etdirmək istəyən darvinçilərin çarəsiz araşdırmaları mühüm həqiqəti dəyişdirmir, yalnız insanları aldadır. Bu mühüm həqiqət həyatın qeyri-adi kompleksə malik olmasıdır. Həmin kompleks isə həyatın yalnız bir hissəsinin aydın olması, bənzərinin əldə edilməsi üçün ortaya qoyulan səylərin böyüklüyünü göstərir. Halbuki bu insanlar, yalnız DNT-ni başa düşmək üçün on illərlə laboratoriyalarda fəaliyyət göstərdikləri halda, DNT-nin hər birinin 100 trilyon hüceyrəsində mükəmməl molekulları qeyri-adi sistem və nizamla onlara ilham edilən vəzifələrini yerinə yetirirlər. Çünki onları yaradan, yoxdan var edən Allahdır. Uca Allah bütün varlıqların Hakimi, yerin və göyün Yaradanıdır. Elm hər ötən gün Rəbbimizin şənini ucaldan dəlillər ortaya qoymağa davam edir. Elmdə ortaya çıxarılan hər yeni kəşf, həmin mükəmməl yaradılışın böyüklüyünü daim göstərəcək. Uca Allah bir ayədə belə buyurur:
“Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın vədi haqdır, lakin əksəriyyəti bilməz!” («Yunus» surəsi, 10/55).


http://tr1.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/24923/
pixel
 
Çap variantı  Dosta göndər 

 


© 2006-2010, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99455 211-50-11