"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et" - "Nəhl" surəsi, 125
ƏSAS MENYU

AXTARIŞ

MARAQLI ŞƏKİL

pixel

Xəbərlər : Papadan "xristianlaşma" müraciəti

Sayta qoyulub: 22:46 26.01.2010 (Oxunub: 108 )
16-cı Benedikt bütün xristian kilsələrinin təmsilçilərinə müraciət edib

Katolik xristianların dini lideri Roma Papası 16-cı Benedikt bütün xristian kilsələrinin təmsilçilərinə müraciət edib. Papa təmsilçilərdən "xristianlığı bütün dünyaya yaymaq üçün birlikdə çalışmaq" barədə müraciət ünvanlayıb.
Papa Romadakı "San Paolo Fuori Le Mura"da ortodoks və protestant kilsələrinin təmsilçiləri ilə birlikdə keçirdiyi ayində "xristian inancına düşmənliyinin getdikcə artdığı bir dünyada yeni və qatı xristianlaşdırma fəaliyyətinə ehtiyac var" -deyə bildirib. O, bu fəaliyyətin sadəcə İncili heç tanımamış xalqlar arasında deyil,


bu dinin yayılmış olduğu dövlətlərdədə aparmağın vacib olduğunu qeyd edib.
Papa XVI Benedikt xristianlar arası birlik üçün keçirilən "dua həftəsi"ilə bağlı təşkil edilən ayindəki moizəsində xristianlığı yaymanın kilsələr arasında ortaq məxrəc ola biləcəyini deyib. "Xristianların eyni Məsihə inanıb, öz aralarında ixtilafda olduqları bir mühitdə, inanmayanlara "İncil"i mənimsətmək necə mümkün ola bilər? Bizləri bir-birimizdən ayıran məsələlər təəssüf ki, var. Amma problemlərimizi dua və dialoqla həll etməyə ümid edirik".
pixel
 
Çap variantı  Dosta göndər 

 


© 2006-2010, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99455 211-50-11