"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et" - "Nəhl" surəsi, 125
ƏSAS MENYU

AXTARIŞ

MARAQLI ŞƏKİL

pixel

Xəbərlər : “Şəhidlər məscidi” söküləcək

Sayta qoyulub: 18:58 21.01.2010 (Oxunub: 423 )
ƏLİ HƏSƏNOV ŞƏHİDLƏR MƏSCİDİNİN SÖKÜLƏCƏYİNİ BİLDİRDİ...

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Şəhidlər məscidi”nin gələcək taleyilə bağlı bu günlərdə “Nedelya” qəzetinə açıqlama verib.
Ə.Həsənov şəhidlər məscidində təmirin nə zaman bitəcəyilə bağlı sualı cavablandırarkən “Şəhidlər məscidi”nin yalnız təmir səbəbilə bağlandığını düşünmədiyini deyib. Onun sözlərinə görə, məscidin sürüşmə zonasında yerləşməsi də bağlanmasında mühüm amil olub. “Ümumilikdə isə, Şəhidlər Xiyabanı Allaha itaət yeri ola bilməz”, - deyə Ə.Həsənov mövqeyini bildirib.
Ə.Həsənov protokol tədbirlərinin keçirildiyi Şəhidlər xiyabanında yüzlərlə


maşınların saxlanılmasını, tıxacların yaranmasını, hamının gözü qarşısında dəstəmaz alınmasını, namaz qılınmasını yolverilməz adlandırıb. Bütün bunların nəzərə alınaraq, məscidin fəaliyyətinin müvəqqəti dayandırıldığını deyən Ə.Həsənov gələcəkdə, bu Allah evinə gələnlər üçün uyğun şərait yaradıldıqdan sonra, onun fəaliyyətinin tam dayandırılmalı olduğunu vurğulayıb.
“Əlbəttə, mən bunu dövlət adından demirəm, bu, mənim şəxsi fikrimdir. Bu məscidin yerləşdiyi yer münasib deyil, əgər o başqa, daha uyğun yerdə inşa edilsəydi, heç bir problem olmazdı”, - deyə Ə.Həsənov məscidin gələcək taleyinə qismən aydınlıq gətirib.
Türkiyənin Azərbaycan səfirliyinin dini attaşesi Müzəffər Şahin Turanın müxbirilə söhbətində “Şəhidlər məscidi”nin taleyilə bağlı rəsmi şəxslərin açıqlamalarını eşitdiklərini, amma bununla bağlı hər-hansı bir şərh və ya məsləhət vermək fikrində olmadıqlarını vurğulayıb. “Amma bunu nəzərə çatdırıram ki, bu məscid 1996-cı ildən fəaliyyətə başlayıb, Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyev və Türkiyə cümhurbaşqanı Süleyman Dəmirəlin xeyir-duası ilə tikilib”, - deyə M.Şahin xatırladıb.
Ə.Həsənovun məscidin bağlanmasına sürüşmə zonasında yerləşməsinin də təsir etməsi fikrinə münasibət ifadə edən M.Şahin məscidin təmir adı ilə bağlanmasını yada salıb. “Bəlkə sonradan geoloqlar burada ölçmə işləri apararaq, sürüşmə aşkar ediblər, bilmirəm. Amma gözlə baxanda belə bir sürüşmənin olduğu görünmür”, deyə M.Şahin qeyd edib.
Məscidin gələcək taleyi barədə danışan dini attaşe Azərbaycanın müstəqil dövlət olduğunu, rəsmi mövqeyinə uyğun hərəkət edəcəklərini söyləyib.
Bir neçə il əvvəl hakimiyyət “Şəhidlər məscidi” yanındakı bulağı sökmüşdü. Bu, Bakı və Ankara arasında qalmaqala səbəb olmuşdu. Ötən il məscidin yaxınlığında Türkiyə əsgərlərinin xatirəsinə ucaldılmış abidədən türk bayraqları yığışdırılıb ki, bu da qalmaqala səbəb olub.
pixel
 
Çap variantı  Dosta göndər 

 


© 2006-2010, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99455 211-50-11