ABŞ-ın keçmiş prezidenti İraq və Əfqanıstan müharibələrini «Xaçlı yürüşləri» adlandırmışdı. Mütəxəssislər Amerikalı əsgərlərin silahlarının üstündəki İncildən olan sözlərin bunu təsdiq etdiyini bildirirlər. ABC kanalı Amerika ordusunun iraqlı və əfqan əsgərlərə təlim keçdiyi silahların üzərində İncilin cümlələrinin nömrələri olduğunu müəyyənləşdirib. Mərkəzi Michiganda yerləşən silahların istehsalatçısı olan Trijicon şirkəti missionerlik məqsədi ilə silahların nömrələrinin içinə kodlar gizlətdiyini qəbul etdi. Məsələn, bir avtomatın üzərindəki istehsal rəqəmlərində 2COR4:6 yazır. Bu da Korinflilərə İkinci Məktubun 4-cü fəsilin 6-cı sətiri mənasına gəlir. İncilin həmin sətirlərində bu sözlər yazılıdır:
«Çünki "Qaranlıqdan işıq parlayacaqdır", - deyən Tanrı ürəklərimizi işıqlandırdı ki, İsa Məsihin simasında Allah izzətini dərk etmək nuruna nail olaq». Trijicon şirkətinin satış müdiri istehsal nömrələrində İncildən sitatları gizlədiklərini qəbul etdi. O, şirkətin Cənubi Afrika Respublikasından olan evangelist xristian Glyn Bindon tərəfindən qurulduğunu və onun istəyi ilə bu cümlələri yazdıqlarını, bunda da qanuna zidd heç nəyin olmadığını bildirdi. Ancaq Amerika ordusundakı dini etiqad azadlığını müdafiə edən Dini Azadlıqlar dərnəyinin (Military Religious Freedom Foundation) nümayəndəsi Michael Weinstein bu hərəkətin ABŞ konstitusiyasına zidd olduğunu bildirdi. Weinstein «Əfqanıstanda və İraqda bizi səlibçilər, xaçlılar olaraq qəbul edirlər. Bu silahlar mücahidlərə və Talibana «Baxın, bizi İsanın silahları vurur» demək haqqını verir», - dedi. Trijicon şirkəti 2008-ci ildə orduya 100 milyon dollarlıq silah satıb. Ötən il isə bu rəqəmin 33 milyon dollar olmasına baxmayaraq şirkətin ordu ilə uzunmüddətli və təxminən 660 milyon dollar dəyərində müqaviləsi mövcuddur.
Silahdakı kod nümunəsi
Əfqanıstandan həm ABŞ, həm də əsgərlər tərəfindən istifadə edilən silahların istehsal nömrələrində müxtəlif işarələr var. Onlardan biri də belədir: «2COR4:6». Bu da İncilin Korinflilərə İkinci Məktubun 4-cü fəsilin 2-ci sətirini göstərir.