42 gün davam edən dini festivala 60 milyona yaxın insanın iştirakı gözlənilir...
Milyonlarla hindli Qanq çayında «paklanır». Hindlilər Kumbh Mela festivalında müqəddəs hesab etdikləri Qanq çayının buzlu sularına girirlər. 12 ildə bir dəfə keçirilən və 42 gün davam edən dini festivala 60 milyona yaxın insanın iştirak edəcəyi təxmin edilir. Kumbh Mela həm də dünyanın ən böyük ruhani festivalı olaraq qəbul edilir. Milyonlarla insan günahlardan təmizlənmək və yeni həyata başlamaq məqsədilə Qanq çayında yuyunurlar.
iksirin gücünü şeytanlarla bölüşməyi qəbul etmirlər və nəticədə göydə 12 gün 12 gecə (bəşər zamanı ilə 12 il) davam edən bir müharibə başladı. Müharibənin nəticəsində iksiri dünyaya qaçıran Kumbha onu 4 müxtəlif yerdə gizlətdi. Bu yerlər də hazırda festivalın keçirildiyi Prayaq, Haridvar, Ujjain və Nashikdir. Hindlilərin inamına görə 12 ildə bir dəfə Qanq çayından ölümsüzlük nektarı, şirəsi axır və nektar bütün pis ruhları təmizləyir.