"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et" - "Nəhl" surəsi, 125
ƏSAS MENYU

AXTARIŞ

MARAQLI ŞƏKİL

pixel

Məqalələr : DARVİNİN TÜRK MİLLƏTİNƏ «SEVGİSİ»…

Sayta qoyulub: 20:23 28.12.2009 (Oxunub: 872 )


Ötən həftə ANS-in «Günəbaxan» verilişinin təkamül nəzəriyyəsi ilə bağlı söhbətə dəvət olunmuşdum. Verilişdə aparılan müzakirələri burada təkrarlamaq üçün bu yazını yazmıram.
Bir nəfərin «Siz verilişdə Darvinin türk düşmənçiliyi haqqında fikir bildirdiniz. Ancaq verilişin axırı olduğu üçün bu fikriniz sanki yarımçıq qaldı» sözlərinə görə bu haqda yazmaq qərarına gəldim. Çünki mən Darvinin türk düşmənçiliyi haqqında danışanda verilişin qonaqlarından biri olan Bakı Dövlət Universitetinin prorektoru, professor Məcnun Babayev: «Harun Yəhyanın Darvinin adından türk xalqı ilə bağlı dediyi sözləri tamamilə yanlışdır. Mən onun (Darvin nəzərdə tutulur) bütün əsərlərini oxumuşam. Darvin dünyasında belə bir söz deməyib», - dedi. Bəli, hörmətli professorun Darvinlə bağlı bu sözlərinə Darvinin özü


yazdığı məktubu ilə cavab verir...
Bildiyiniz kimi, Darvin onu bütün dünyaya tanıdan, nəzəriyyəsinin (daha doğrusu babası Erazmin) əsasını təşkil edən və 1859-cu ildə çap edilən «Növlərin mənşəyi» (Origin of Species) adlı kitabında bu haqda yazmayıb. «İnsanın təkamülü» mövzusundakı iddialarına, irqçi nəzəriyyələrinə yer verdiyi 1871-ci ildə nəşr olunan ikinci məşhur kitabı «İnsanın törəməsi» (The Descent of Man) adlı kitabında artıq bunu müəyyən qədər hiss eləmək olur. Darvinin bunlardan başqa, «Biql» (Beagle) gəmisi ilə etdiyi səyahəti əsnasında bəzi bitkilərin və heyvanların üzərindəki müşahidələrindən bəhs edən kitabları da çap olundu. Bunlar əsasən müəyyən sahə ilə bağlı kitablardır. Onun dünyagörüşünü, xüsusilə də məqsədini və ətrafındakılarla bölüşdüyü fikirlərini ən yaxşı əks etdirən mənbə isə Darvinin ölümündən altı il sonra oğlu Francis Darvin tərəfindən hazırlanan Çarlz Darvinin həyatı və məktubları (Life and Letters of Charles Darwin) adlı kitabdır.
Yazımın bu hissəsini hörmətli «Təkamül təlimi»nin müəlliflərindən biri olan Məcnun müəllimin adını çəkdiyi Harun Yəhya kimi tanınan Adnan Oktarın «Darvinin Türk Düşmənçiliyi» adlı əsərinin 2-ci nəşrindən sitatlar gətirərək yekunlaşdırıram.
Mövzumuzun sərlövhəsi ilə bağlı məktub Çarlz Darvin tərəfindən 1881-ci ilin iyul ayının 3-də W. Graham adlı elm adamına yazılıb. Darvin məktubunun başlanğıcında təbiətdə bir məqsəd və məna olmaması ilə bağlı klassik materialist məntiqlərini təkrarlayır. Bundan sonra məsələni təbii seçmə ifadəsinə gətirir və təbii seçmənin «geridə qalmış irqləri» ələyərək mədəniyyətin inkişafına təsir edəcəyini iddia edir. Darvinin «geri irq» qavramına misal kimi göstərdiyi millət isə Türk Millətidir. Darvin eynilə belə yazır:
«Təbii seçmə üsuluna (seleksiyaya) əsaslanan mübarizənin, mədəniyyətin inkişafına sizin güman etdiyinizdən daha çox xeyir gətirdiyini və təsir etdiyini sübut edə bilərəm. Fikirləşin ki, bir neçə əsr əvvəl Avropa TÜRKLƏR tərəfindən işğal ediləndə Avropa millətləri necə böyük risk altında qalmışdı, amma artıq bu gün Avropanın TÜRKLƏR tərəfindən işğalı bizə necə gülünc gəlir. Avropa irqləri kimi məlum olan mədəni irqlər həyat mübarizəsində TÜRK BARBARLIĞINA qarşı qalib gəliblər. Dünyanın çox uzaqda olmayan gələcəyinə baxanda BU CÜR AŞAĞI İRQLƏRİN ƏKSƏRİYYƏTİNİN MƏDƏNİLƏŞMİŞ İRQLƏR TƏRƏFİNDƏN YOX EDİLƏCƏYİNİ GÖRÜRƏM» (Francis Darwin, «The Life and Letters of Charles Darwin», Vol. I, 1888. New York:D. Appleton and Company, s.285-286).
Buradan da aydın olduğu kimi, «münəccimlik» iddasında olan Darvin klassik «sosial darvinist məntiq»lə bəşəriyyətin irqlər arasında döyüş və mübarizə ilə inkişaf etdiyini iddia edir. «İrqlər arasında həyat mübarizəsi» ifadəsindən istifadə edən məktub müəllifi müharibə və iğtişaşların millətləri inkişaf etdirdiyini, mədəniyyəti dirçəltdiyini qeyd edir.
Darvin ən vacib mesajını «Türk millətinin yaxın gələcəkdə avropalılar tərəfindən yox ediləcəyi» cümləsinə büruzə verir. Bunu həyata keçirəcəyini ümid etdiyi avropalılardan «mədəniləşmiş ali irqlər» kimi bəhs edərkən Türk millətinə «aşağı, geridə qalmış irq» ifadəsini yaraşdırır.
Darvin türk millətinə qarşı olan nifrətini bəzi təkamülçülərin bu gün çox işlətdikləri təbii seçmə üsulu ilə əlaqələndirir. «Təbii seçmə üsulu mədəniyyətin inkişafına təsir edir» sözü ilə türk millətinin yox edilməsinin təbiət qanunlarından gələn zərurət olduğunu ifadə edir. İnsanın insanabənzər canlılardan törədiyini iddia edən, ruh, yuxu kimi məsələlərdə aciz qalan, bu gün 300 milyona yaxın daşlaşmış qalıq aşkarlandığı halda, iddia etdikləri ara keçidlə bağlı bircə dənə nümunə gətirə bilməyən təkamülçülərin banisi olaraq iddia edilən, nəzəriyyəsi hələ də təhsil ocaqlarımızda tədris olunan Darvinin türk millətinə qarşı olan «sevgisi»...
pixel
 
Çap variantı  Dosta göndər 

 


© 2006-2010, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99455 211-50-11