Siğə ərəb dilində "muta" adlanır. Lüğətdəki mənası, "faydalanmaq", "istifadə etmək" deməkdir. İstilahda isə, hər hansı bir qadınla müəyyən məbləğin əvəzində, müəyyən bir müddət birlikdə olmaq üçün razılığa gəlməkdir. Bu tərifdən də aydın olur ki, siğədə İslam hüququndakı adi kəbin kəsdirmək üçün şərt qosulan şahid və elan yoxdur. Hər iki cinsin müəyyən bir məbləğ və müddət ərzində razılığı siğədə kifayətdir. Bundan başqa kişidən qadının maddi ehtiyaclarını təmin etmək üçün də heç nə istənilmir. Bu "evlilik"də miras da olmur. Təyin edilən vaxt qurtarandan sonra adi boşanmadan fərqli olaraq qadın iddət müddətinin (iddət - əri ölən və ya bosanan qadının yenidən evlənə bilməsi üçün gözləməli olduğu müddətdir) yarısını gözləyir.
İslamda siğənin olub-olmamasını daha dərindən öyrənmək üçün bu yazını kompüterinizə yükləyərək oxuya bilərsiniz...