"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et" - "Nəhl" surəsi, 125
ƏSAS MENYU

AXTARIŞ


Yükləmələr : Kitablar :

Bölüm: Kitablar
İndi yüklə! Namaz kitabı Populyarlar Qoyulma tarixi: 22.04.07
Məzmun : 
Namaz İslam dininin beş əsasından biri, peyğəmbərlərin yolu, mələklərin sevgisinə nail edən bir ibadətdir. Eyni zamanda namaz-imanın işarəsi, duanın qəbuluna vasitə, rizqə bərəkət gətirən, insan vücuduna rahatlıq verən saleh bir əməldir. Namaz həmçinin-düşmənlər üzərinə bir silah olan, şeytanı insandan uzaqlaşdıran, ölüm mələyi ilə namaz qılan arasında bir şəfaətçidir. Namaz qəbirdə işıq, Münkər və Nəkir mələklərinə cavab, qiyamətə qədər qəbirdə can yoldaşı, qiyamət günündə namaz qılanların üstündə bir kölgəlik, insanın başının tacı, bədənin paltarı, önündə gedən nur, Rəblərinin hüzurunda möminlərin hüccəti, Sirat körpüsündən keçiş, cənnətin açarı və mərifət nurudur. Namaz daha necə çox hikmətləri olan Ərəb dilində adı "salət (cəmi salavat)" sözləri ilə ifadə edilən, təkbir ilə başlayıb müəyyən hərəkət və sözlərlə davam edərək salamla sona çatan, Uca yaradan olan Allah Təalaya qarşı təsbih, təzim, həmd və şükrün ifadəsidir. Və namaz, böyük İslam Peyğəmbəri Həzrəti Muhəmmədin (sallallahu əleyhi və səlləm) də dediyi kimi "onun gözünün nurudur".



Namaz haqqında məlumat almaq istəyənlər, qılmağı öyrənmək arzusunda olanlar və başqalarına öyrətməyə çalışanlar «Namaz» kitabını buradan kompüterlərinə yükləyə bilərlər.
Bu kitabı www.islam.com.az saytına yerləşdirilməsinə icazə verən «Qismət» nəşriyyatının rəhbəri Xəlil Öztürk bəyə təşəkkür edirik. Allah razı olsun!
Yüklənmə sayı: 1899 1899    Faylın ölçüsü 2.48 MB
Dosta xəbər


© 2006-2010, Elşad MİRİ – Mənəvi-ictimai sayt
Materiallardan istifadə edərkən sayta istinad edilməlidir
elshad@islam.com.az
+99455 211-50-11