Ana səhifə
Axtarış
İstifadəçilər
|
| Salam, QONAQ ( Giriş | Qeydiyyat ) | Aktivləşmə üçün məktubun təkrar göndərilməsi |
![]() ![]() ![]() |
| al-İslam |
|
|
Status: ![]() Profil Qrup: istifadəçi Xəbərlər: 278 İstifadəçi ¹: 1336 Qeydiyyat: 15-March 08 |
“Ayətül-Kürsi” Müqəddəs Quranın 255-ci ayəsidir. Ayədə buyurulur: “Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!”.
Bu ayədə Allahın ucalığı, böyüklüyü təcəssüm edilir. Bir çox rəvayətlərə istinad edərək vurğulamaq olar ki, bu ayəyə “Ayətül-Kürsi” adının verilməsi Həzrət Peyğəmbərin (səllallahu aleyhi və alihi və salləm) sağ olduğu dövrlərə gedib çıxır. İmam Cəfər Sadiq (ə) buyurur ki, Əbuzər (r.ə.) soruşdu: “Ya Peyğəmbər, sən nazil edilən ayələrin ən üstünü hansıdır?”. Peyğəmbər (s) cavab verdi: “Ayətül-kürsü. Yeddi qat göy və yeddi qat yer kürsünün yanında ucsuz-bucaqsız səhraya atılan bir halqa kimi qalar” (“Təfsirül-əyyaşi”, c 1. s. 137). Hədislər bu ayənin ən böyük ayə olduğu deyilir. Bu ayəyə daxil olan bəzi ifadələrin digər ayələrdə işlədilməsini görə bilərik. Lakin “Ayətəl-kürsi” buütün bunları özündə toplayır. Allahın küsüsünün yerləri və göyləri tutduğu buyurulur. Göylərdə və Yerdə olan hər kəs onun idarəsi altındadır. İmam Əli ibn Əbu Talib (ə) buyurur: “İslamı anlayan ya da müsəlman bir ata-anadan dünyaya gələn şəxsin gecənin qarası boyunca (ravinin sualına qarşılıq olaraq İmam (ə) məqsədin gecə boyunca olduğunu qeyd edir) “Allahdan başqa heç bir tanrı yoxdur, əbədi, əzəli varlıq odur....” ayəsini oxumamış yatmasını düşünmək olmur”. Sonra İmam (ə) ayəni sonadək oxudu və buyurdu: “Əgər bu ayənin nə olduğunu (və ya nə ifadə etdiyini) bilsəydiniz, onu oxumağı heç vaxt tərk etməzdiniz. Çünki Peyğəmbər (s) dedi ki, “bu mənə ərşin altındaki bir xəzinədən verildi. Məndən əvvəl heç bir peyğəmbərə verilməyib”. Həzrət Əli (ə) dedi: “Bunu eşidəndən sonra Ayətül-kürsini oxumamış sabahlamamışam” (“əl-Əmali”, c.2, s. 122). Müəyyən hallarda çaşa biləcəyimiz ifadələrdən biri də Allahın kürsüsünün yeri-göyü tutmasıdır. Zürarə (r.ə.) İmam Cəfərə (ə) bu haqda sual verərək deyir: “Görəsən göylə yermi kürsünü tutmuşdur, yoxsa kürsümü onları tutmuşdur?”. İmam (ə) cavabında buyurur: “Hər şey kürsünün içindədir” (“Üsuli Kafi”, cild 1, səh. 132). Həfs bin əl-Ğiyas rəvayət edir ki, İmam Cəfər Sadiqdən (ə), “Onun kürsüsü göyləri və yeri tutmuşdur” ifadəsinin mənasını soruşdum, buyurdu ki, “(Burada Allah-Təalanın) elmi nəzərdə tutulmuşdur” (“Məanil-əxbar”, səh. 30). Yenə həmin mənbədə İmamdan (ə) rəvayət olunan hədisdə deyilir: “Göylər, yer və onların arasındaki bütün varlıqlar kürsünün içindədir. Ərş isə heç kimin qavrayın əhatə edə bilməyəcəyi elmdir”. http://islamiyyet.ucoz.ru/news/2009-02-07-112 -------------------- islamiyyet.ucoz.ru
|
| Rail |
Tarix Mar 17 2009, 11:40 PM
|
|
Status: ![]() Profil Qrup: istifadəçi Xəbərlər: 871 İstifadəçi ¹: 1124 Qeydiyyat: 30-January 08 |
MaşAllah.
Allah razı olsun. -------------------- Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər (Muhəmməd -7)
http://mucahidler.info http://mucahidler.info/forum |
|
![]() ![]() ![]() |