Ana səhifə
Axtarış
İstifadəçilər
|
| Salam, QONAQ ( Giriş | Qeydiyyat ) | Aktivləşmə üçün məktubun təkrar göndərilməsi |
![]() ![]() ![]() |
| Natiq_Xazan |
|
|
Status: ![]() Profil Qrup: istifadəçi Xəbərlər: 229 İstifadəçi №: 1231 Qeydiyyat: 28-February 08 |
Terrorizmin gerçək ideoloji əsasları: Darvinizm və materializm
İnsanların çoxu elə hesab edir ki, həvəskar təbiətşünas olan Çarlz Darvin tərəfindən ilk dəfə irəli sürülən təkamül nəzəriyyəsi həqiqi real hadisələrə, təcrübələrlə sübut olunan faktlara və elmi əsaslara dayanır. Amma əslində Çarlz Darvin heç də bu nəzəriyyənin banisi deyil və bu günə qədər bu nəzəriyyəni dəstəkləyən və sübut edən heç bir elmi fakt yoxdur. Təkamül təlimi materialist fəlsəfənin müasir elmə və təbiət qanunlarına uyğunlaşdırılmış qədim və primitiv ehkamlarına əsaslanır. Yalnız bu mifik ideyaya kortəbii və fanatik bağlılıq nəticəsində yayılan və hakim olan bu əsassız nəzəriyyə bir çox fəlakət, zülm və bədbəxtliklərin əsas səbəbi olmuşdur. Təkamül təlimi fikirlərinin və materializm fəlsəfəsi ideyalarının insanların şüuruna yeridilməsi Allahın şərəfli məxluqu olan insanın rolunun və yerinin başqa cür qiymətləndirilməsinə səbəb olmuşdur. Əgər əvvəllər insanlar "Allahın məxluqu olan insanın rolu, həyatının məqsədi və insanın Allah qarşısındakı borcu nədir" sualına "İnsan Allah tərəfindən yaradılıb və Allah tərəfindən qoyulan əxlaqi qayda-qanunlar çərçivəsində yaşamalıdır" cavabını verirdisə, indi cavab tamamilə fərqlidir: "İnsan yer kürəsində təsadüf nəticəsində meymundan əmələ gəlmiş, bu əmələ gəlmə prosesi mərhələlərlə, yalnız ən güclü və daha yaxşı uyğunlaşan növün yaşaya biləcəyi yaşamaq uğrunda mübarizə yolu ilə baş vermişdir". Ətrafımızdakı mərhəmətsizlik, zülm, ədalətsizlik insanlığın ən böyük aldanışının acı bir nəticəsidir, çünki darvinizmin "elmi" nəzəriyyəsi faşizm, kommunizm, irqçilik, maoçuluq və bir çox başqa diktator, totalitar rejimlərin yaranması üçün münbit ideoloji zəmin hazırlamışdır. Bu rejimlərin ideoloji təməlində yaşamaq uğrunda mübarizə və münaqişə əsas amillərdəndir. -------------------- Eziz muselman baci ve qardashlar! Gelin birlik olaq!
Allah bizi sesleyir "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!..(Ali-Imran/103) natiqxazan@rambler.ru mucahidler.info |
| elgun_2237 |
Tarix Dec 12 2008, 04:28 PM
|
|
Status: ![]() Profil Qrup: istifadəçi Xəbərlər: 270 İstifadəçi №: 987 Qeydiyyat: 14-December 07 |
Bismillah!
Əssələm Aleykum! Gözəl mövzudur! Allah əməyini itirməsin inşallah! Ateistlərin çoxu bir yaradıcının arığını qəbul edirlər,a mma təkəbbürlərindən bunu dilə gətirmirlər. Allah onlara hidayət versin! |
| Nura Həsrət |
Tarix Dec 28 2008, 04:19 PM
|
|
Status: ![]() ![]() Profil Qrup: istifadəçi Xəbərlər: 512 İstifadəçi №: 1439 Qeydiyyat: 31-March 08 |
Elgünlə eyni fikirdəyəm....
Mövzu üçün sağ ol, Elvin!... -------------------- |
| Rail |
Tarix Mar 26 2009, 10:21 PM
|
|
Status: ![]() Profil Qrup: istifadəçi Xəbərlər: 871 İstifadəçi №: 1124 Qeydiyyat: 30-January 08 |
Rəhman Və Rəhim Allahın adı ilə.
Doqrunu görüb qəbul eetmək hər kişinin işi deyil.Bunu ancaq comərdlər edə bilərlər.Deməli haqqı görüb danan ateistlər comerd deyillər. -------------------- Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər (Muhəmməd -7)
http://mucahidler.info http://mucahidler.info/forum |
|
![]() ![]() ![]() |