
|
Qurban : Qurban qətliam deyilSayta qoyulub: 18:51 04.10.2011 (Oxunub: 1147 )
![]() İslamın iki əsas bayramından biri olan Qurban bayramına çox az qalıb. Hər il Qurban bayramında keçən illərə nisbətən canlanma artıq özünü göstərir. Hətta mətbuatda da bu məsələ ilə bağlı yazıların sayı artır. “Qurban qətliamdır”, “keçmişdən qalma adətdir”, “Quranda qan tökmək yoxdur” və s. kimi mövzuları yazmaqla yenilik etdiyini düşünənlər yalnız bu məsələləri bilməyənləri aldada və yalnız onların gözündə “yenilikci” imici qazana bilərlər. Bu sahədə az da olsa məlumatı olanlar artıq bilir ki, bunlar çeynənmiş və çürük iddialardır. Qurban : Qurbanlıq hansı heyvanlardan ola bilər?Sayta qoyulub: 18:21 04.10.2011 (Oxunub: 888 )
Qurban kəsənin bu ibadətinin qəbula keçməsi üçün qurbanlıq heyvanla və bu heyvanın kəsilməsiylə əlaqəli bəzi şərtləri var:1. Qoyun, keçi, inək, öküz, camış və dəvə qurbanlıq heyvan kimi kəsilə bilər. Toyuq, qaz, ördək, xoruz, dəvəquşu, ceyran, maral və s. heyvanlar qurbanlıq sayılmır. Qurbanlıq heyvanların erkək və ya dişi olmasının, rənginin ağ, qara və s. olmasının heç bir fərqi yoxdur. Qoyun və keçini ancaq bir nəfər kəsə bilər. Yığışıb pul qoyub qoç, keçi və qoyun alıb qurban kəsmək olmaz. Ancaq yeddi nəfəri keçməmək şərtiylə yığışıb inək, öküz, camış, dəvə almaq və həmin adamların adından qurban kəsmək olar. Qurban : Qurban nə vaxt müsəlmanlara əmr edilib?Sayta qoyulub: 17:56 04.10.2011 (Oxunub: 727 )
![]() Qurani-Kərimdə Peyğəmbərimiz Hz.Muhəmmədə (s): “Rəbbin üçün namaz qıl, qurban kəs” (“Kəvsər” surəsi, 108/2) buyurulması Allah Rəsuluna fərz, ümmətinə isə sünnədir. Bundan başqa, Allah Rəsulunun (s) əksər sözlərində imkanı olanların qurban kəsməsi əmr edilib. Məsələn, “Kim imkanı olduğu halda qurban kəsməsə, məscidimizə yaxınlaşmasın”, “Ey insanlar! Hər il hər evə qurban kəsmək vacibdir” kimi ifadələriylə qurbanın əhəmiyyətli ibadət olduğunu xəbər verib və yerinə yetirilməsini əmr edib. Qurban : Uşaqlar qurbanın kəsildiyini görməlidirmi?Sayta qoyulub: 16:33 04.10.2011 (Oxunub: 624 )
![]() Uşaqlar atasının namaz qıldığını bildiyi kimi qurban kəsdiyini də bilməlidir. Uca Allah böyüklərdən, valideynlərdən nə istəyibsə, uşaqlarına da eyni şeyləri əmr etmələrini istəyib. Uşaq atasının namaz qıldığını, zəkat verdiyini, qurban kəsdiyini bilməli və görməlidir. Çünki, sabah bu işləri həmin uşaq yerinə yetirəcəkdir. Yavaş-yavaş o bu işlərə öyrədilməlidir. Peyğəmbərimiz bir hədisində belə buyurub: “Dünya iki gündür: bir günü sevinc, bir günü isə kədərdir”. Hər kəs dünyanı bu cür tanımalıdır. Dünyanı bu cür tanımayanlar və buna görə özlərini tanımayanlar tez yıxılar və tez pozularlar. Qurban : Qurbanın nə əti, nə də qanı Allaha çatırSayta qoyulub: 15:25 04.10.2011 (Oxunub: 919 )
![]() Qurban Allahın razılığını qazanmaq üçün kəsilməli, əti Allah xətrinə paylanmalıdır. İbadətlər Allah əmr etdiyi üçün yerinə yetirilir, hikmətlərinə və ya faydalı olduğuna görə deyil. Amma onların hikmətlərini və gözəlliklərini bilmək Allahın nemətlərini yad etmək üçün vasitədir. Bir adı da Hakim olan Uca Allahın hər əmrində bir çox hikmətlərin olduğuna şübhə yoxdur. Amma bu hikmətlərin hər birinin biz bəndələr tərəfindən bilinməsi və dərk edilməsi mümkün olmaya bilər. Qurban : Quranda qan axıtmaq məsələsi yoxdur?Sayta qoyulub: 15:20 04.10.2011 (Oxunub: 864 )
![]() Əgər Quranda qan axıtmaq məsələsi ilə insan qanı nəzərdə tutulubsa, bu doğrudur. Haqsız bir cana qıymaq bütün bəşəri öldürmək qədər böyük cinayət sayılıb (“Maidə” surəsi, 5/32). “Quranda qan axıtmaq yoxdur” sözü ilə qurbanın kəsilməsi və qanı nəzərdə tutulursa, bu düzgün deyil. Çünki Allah Quranda hər millət üçün qurbanı əmr etdiyini (“Həcc” surəsi, 22/34, 67), “Kəvsər” surəsində də çox açıq bir tərzdə qurban kəsilməsini istədiyini bilirik. Qurban kəsiləndə də təbii ki, qan axır. Fərz edək ki, Quranda qurban kəsmək haqqında açıq-aşkar bir ayə tapa bilmədiniz. Qurban : Hz.Peyğəmbərin yaşadığı dövrdəki qurban ibadətiSayta qoyulub: 10:29 04.10.2011 (Oxunub: 966 )
![]() İslam dinində qurbanın dini hökmü ilə əlaqəli olaraq Quranda və Hz.Peyğəmbərin sünnəsində mühüm açıqlamalar var. Bu çərçivədə təfərruatlı hökmlər də fiqh kitablarında öz yerini tutub. Tarixdə fərqli icraatlarına şahid olduğumuz qurbanın bəzən ən qiymətli varlıqlara qədər gedib çıxdığını, hətta bunun üçün uşaqların da düşünüldüyünü görürük. Məsələn, Hz. İbrahimin (ə) gördüyü yuxunun yozmasından sonra oğlu İsmaili (ə) qurban kəsmək istəməsi, Peyğəmbərimizin babası Əbdulmuttəlibin oğlanlarından birini qurban verəcəyini nəzir deməsi ağla ilk gələnlərdir. Qurban : Qurban necə kəsilir?Sayta qoyulub: 10:04 04.10.2011 (Oxunub: 495 )
![]() Qurbanlıq heyvanı kəsərkən də bəzi qaydalara əməl etmək lazımdır. 1. Heyvan kəsiləcəyi yerə incidilmədən gətirilməlidir. 2. Başı qiblə istiqamətinə çevrilməlidir. 3. Sol tərəfinə uzadılmalıdır. 4. Əgər mümkündürsə hər qurban sahibi qurbanını özü kəsməli, imkanı və vaxtı yoxdursa, yaxud kəsə bilmirsə, başqasına vəkalət verib kəsdirməlidir. 5. Qurbanlığı kəsənin müsəlman olması məqsədəuyğundur, amma heyvan yəhudi və xristianlara da kəsdirilə bilər. Çünki onlar əhli-kitab sayılır. Əhli-kitabın kəsdiyi isə yeyilə bilər. 6. Qurbanın yiyəsi qurban kəsilərkən orada hazır olmalıdır. Qurban : Yuxu ilə gələn qurban əmriSayta qoyulub: 08:36 04.10.2011 (Oxunub: 1187 )
![]() Qurban həm fərdi, həm də ictimai faydaları olan maliyyə yönümlü bir ibadətdir. Qurban kəsən insan bununla Allahın əmrinə tabe olduğunu və Onun qulluğunda durduğunu canlı şəkildə ortaya qoyur. Müsəlmanlar hər qurban günlərində Hz.İbrahimlə (ə) oğlu Hz.İsmailin (ə) Cənabi-Haqqın əmrinə mütləq itaət mövzusundakı müvəffəqiyyətli imtahanın xatirəsini təzələyir və özlərinin də bu kimi itaətə hazır olduqlarını simvolik davranışla göstərirlər. Hz.İbrahimin oğlunu qurban kəsmək istəməsi hadisəsi belə baş verib: Qurban : Qurbanın əvəzinə pul vermək olmazSayta qoyulub: 04:04 04.10.2011 (Oxunub: 953 )
![]() Qurban kəsməyin yerinə qurbanlıq heyvanın pulunu imkansız şəxslərə vermək məsələsi ilə bağlı nə Quranda, nə də Peyğəmbərimizin həyatında bir icraat olmayıb. Bu cür fikirlər dinin simvolu dərəcəsindəki bir hökmü aradan qaldırmaq kimi səhv bir düşüncədir. Qətiyyən buna yol vermək olmaz. İmkanı yerində olan insanların qurban kəsməsi möhtaclara sədəqə verməsinə, hansısa xəstənin müalicə xərclərini öz üzərinə götürməsinə mane deyil. |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||